Fəsəlinin hazırlanma qaydası -MİLLİ MƏTBƏX

Azərbaycan milli mətbəxində geniş yayılmış şirniyyatlardan biri fəsəllidir.

ONN media fəsəllinin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

780 q əla növ buğda unu

55 q şəkər tozu

100 q quyruq yağı

Keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən 2-3q

5 q duz

Hazırlanması:

Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. Xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilə və zövqə görə bal qoyula bilər.

Nuş olsun!