ONN media

Göyərtiləri xarab olmadan saxlamağın ASAN ÜSULU

Göyərtiləri xarab olmadan saxlamağın ASAN ÜSULU
23 Mart 2018 - 18:42

Mətbəxlərdə ən çox israf olan qidalar cəfəri, şüyüd, nanə kimi göyərtilərdir. Bəs göyərtiləri uzun müddət xarab olmadan saxlamaq mümkündürmü?

ONN media bununla bağlı faydalı məsləhətləri diqqətinizə çatdırır.

Əvvəlcə bildirək ki, alış-veriş edərkən kiçik dəstələri seçməlisiniz

Göyərtiləri mütləq soyuducuda saxlayın. Açıqda qalan qidalar təzəliyini itirir və soyuducuda qoxu yaranmasına səbəb olur.

Yaş, nəm göyərtini sellofan torbada soyuducuya qoysanız, bir neçə gün ərzində yeyilməz hala gələr. Bunun əvəzinə, göyərtiləri əvvəlcə yaxşı qurudun, sonra da kağıza bükərək, sellofan torbanın içində soyuducuya qoymalısınız.

Bir başqa üsul da var. Göyərtilərin uzun müddət təzə qalmasını istəyirsinizsə, əvvəlcə onları yuyun və yaxşıca qurudun. Bir stəkanın yarısına qədər su doldurun və içinə göyərtiləri qoyun. Sonra iri balon götürün. Stəkanı balon qapağının içinə qoyun və balonu tərs şəkildə onun üstünə qoyun. Bankanın qapağını bərk bağlayaraq, sərin bir yerdə saxlayın. Bu şəkildə göyərtiləri təxminən 2-3 həftəyə qədər təzə saxlaya bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png