ONN media

Kələm turşusu: Orqanizmə qeyri-adi faydaları

Kələm turşusu: Orqanizmə qeyri-adi faydaları
27 Sentyabr 2019 - 3:13

Kələmin duzlu suya qoyub qıcqırdılması resepti hələ qədim Çin səddi dövrünə gedib çıxır.

Düzdür, indi ruslar beynəlxalq aləmdə kələm turşusunu milli rus neməti kimi təbliğ edirlər, amma dünyada təkcə ruslar yox, Çinlilər, Asiya ölkələri, Koreya da kələm turşusu sevən ölkələrdir. Düzdür, Koreya və Çində kələmi ağ şərabda qıcqırdırlar.

Dünyanın bütün həkim, dietoloq və qastroenteroloqları kələm turşusunun faydalı olduğunu bildirir.
Medicina.az şorabalar içində həkimlərin təkcə bu turşunu xəstələrə məsləhət gördüyünü nəzərə alıb, kələn turşusunun orqanizmə bilmədiyiniz təsir və faydalarını təqdim edir.

Turş kələmin 100 qr-da düz 20 mq həyat və immunitet vitamini olan C vitamini var. Eləcə də A, U, K, B qrup vitaminləri ilə zəngindir.
Bir çox daxili orqan, mədə bağırsaq xəstəliklərinin yaranmasının qarşısını alır.

1.Yodla zəngin olduğu üçün qalxanvari vəzini müalicə edir

Bir çox qalxanvari vəz, hormonal xəstəlikləri olanlar üçün turşu kələm əvəzsizdir. O, vəzə lazım olan fermentləri və yodu verəcək.

2.Disbakteriozu sağaldır, qıcıqlanmış bağırsaq sindromunda

Kələmi turşudan süd turşusu bakteriyalarıdır. İnsanın bağırsağına düşdükdə onlar mikrofloranı bərpa edir, zərərli mühiti zərərsizləşdirir, mikrobları öldürür. Disbakteriozu aradan qaldırır. Uzun müddət antibiotik və göbələk əleyhinə dərmanlar qəbul etdikdən sonra turşu kələm yemək bərpa üçün vacibdir.

3.Xroniki qastriti müalicə edir

Qastritin əmələ gəlməməsi ümün gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl kələm şorabası yemək lazımdır. Kurs 3 həftə.

4.Qanda şəkəri salır

Gündə 2-3 dəfə turşu kələm, suyu ilə birgə yemək diabet xəstələri üçün də lazımdır, çünki qanda şəkəri salır.

5.Qaraciyər üçün sağlamlıq kokteylidir

Qaraciyər xəstəlikləri üçün əsas kələmin qıcqırdığı su önəmlidir. Bu su pomidor suyu ilə bərabər miqdarda qarışdırılıb, gündə 3 dəfə qəbul edilir.

6.Qurdları və lyamblyanı tökür

Kələm turşusu suyu hər yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan içildikdə qaraciyərdən lyamblanı, bağırsaqlardan qurdları tökür, məhv edir.

7.Toksikoza qarşıdır

Hamilə qadınlar ürəkbulanma, toksikozla mübarizərə bu kələm suyunu bir az su ilə qarışdırıb içə bilərlər.

8.İmpotensiyanın düşmənidir

Təbiblərin dediyinə görə, müntəzəm olaraq turşu kələm yeyən kişilərin potensiya zəifliyi olmur, qocalana kimi güclü olur.

9.Ürək, qan damar sistemini təmizləyir

Kələm şorabası suyu damarları xolesterindən təmizlədiyi üçün tutulmasının qarşısını alır

10.Şişlərin, xərçəngin sovrulmasında kömək edir

Finlandiyada aparılan eksperimentlərdə alimlər sübut edib ki, xərçəng şişləri olan siçanların kələm turşusu ilə qidalandırılmasından sonra şişlərin hüceyrələri azalmış, ölçüsü kiçilmişdir.

Alman alimlərinin nəticələrinə görə, müntəzəm kələm şorabası yeyən insanın immuniteti güclü, bağırsaq mikroflorası təmiz olduğu üçün onda mədə-bağırsaq xərçəngi nadir hallarda olur.

11.Piyləri parçalayır, toksinləri çıxarır

Piylənmə, dietalarda kələm turşusu tövsiyyə olunur. Çünki onun suyu piy toxumalarını parçalayır, toksin və şlakları təmizləyir.

12.Dırnaq və saçları möhkəmləndirir

Tərkibində yod, vitamin, mineral olduğu üçün həm yemək, həm xaricən çəkmək dırnaq, saçları möhkəmləndirir, uzadır, parladır.  /Cebhe.info/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png