ONN İnformasiya Agentliyi

Kartof dolması yemisiniz? – FƏRQLİ DAD

Kartof dolması yemisiniz? – FƏRQLİ DAD
01 Fevral 2018 - 19:49

Dolmanı yəqin ki, hər birimiz xoşlayırıq. Yarpaq, kələm, "3 bacı" dolmaları milli mətbəximizin ən sevilən təamlarıdı. Bəs heç kartof dolması yemisiniz?

ONN media ailem.az-a istinadən bu dəfə sizə fərqli kartof dolmasının reseptini verir.  

Ərzaqlar:

6 ədəd kartof

Qızartmaq üçün duru yağ

200 qram az yağlı qıyma
2 xörək qaşığı zeytun yağı 
1 ədəd soğan 
2 diş sarımsaq 
1 çay qaşığı pomidor tomatı

1 çay qaşığı istiot

Duz 

Servis üçün:
 

Nanə qurusu

Qırmızı istiot

Hazırlanması:

Kartofların içini oyun və duru yağda qızardın. Qıymanı, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığınız içliyi kartofların içinə yığın. İçi doldurulmuş kartofları qazana yığaraq üstünə tomat və suyu qarışdıraraq tökün və vam odda bişirin. Hazır olandan sonra üstünə nanə qurusu, azca qırmızı istiot töküb servis edin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png