ONN media

Ləzzətli zeytun salatının RESEPTİ

Ləzzətli zeytun salatının RESEPTİ
11 Mart 2018 - 9:38

Zeytun insan orqanizmi üçün ən xeyirli qidalardan biridir və faydaları saymaqla bitmir. ONN media ləzzətli zeytun salatının reseptini verir.

Lazım olanlar:

250 qr yaşıl zeytun
150 qr qara zeytun
6-7 ədəd qurudulmuş pomidor (yoxdursa təzə pomidordan da istifadə etmək olar)

Cəfəri
Nanə
Ağ küncüt

Zeytun yağı
Nar
Qoz ləpəsi
Limon

Hazırlanması:

İlk öncə quru pomidorları kasada isti suda bir az saxlayın. Zeytunların çəyirdəyini çıxarın və iki yerə bölün. Pomidorların suyunu süzüb iri-iri doğrayın. Bir ovuc ləpəni iri şəkildə doğrayın. Sonra bir çimdik cəfəri, bir ovuc təzə nanə, bir çay qaşığı ağ küncüt, bir az nar dənəsi əlavə edin. Üzərinə zeytun yağı və limon sousu gəzdirib qarışdırın. Zeytunların duzu kifayət qədər olduğundan əlavə duz vurmağa ehtiyac yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png