ONN İnformasiya Agentliyi

Limon mürəbbəsi necə hazırlanır? – RESEPT

Limon mürəbbəsi necə hazırlanır? – RESEPT
11 Yanvar 2021 - 14:45

Yəqin ki, bir çox insan “limon mürəbbəsi” ifadəsini eşitməyib. Amma bu meyxoş meyvənin mürəbbəsi də digərləri qədər dadlı ola bilir.

ONN media  limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar: 4 ədəd limon, 1 stəkan su, 2 stəkan şəkər tozu

Hazırlanması: Limonları yuyun. Qabıqlarını meyvəsoyanla soyun. Qabıqların üzərində ağ hissələrin qalmamasına diqqət edin. Daha sonra meyvənin ətrafında qalan ağ hissəni təmizləyin.

Limonları dilimləyin, qazana tökün və üzərinə şəkər tozunu gəzdirin. Qazanın qapağını qoyun. Limonların suyunu çıxarmasını gözləyin (4-5 saat).

Limon qabıqlarını dərin qaba qoyun və üzərinə isti su əlavə edin. 5 dəqiqə boyunca qabıqları süzün. Prosesi 3-4 dəfə təkrar edin. Daha sonra limon qarışığının üzərinə 1 stəkan su töküb az odda 40 dəqiqə bişirin. Qaynara düşəndə qabıqları qazana tökün.

Mürəbbə halına gələndə ocaqdan götürün.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png