ONN İnformasiya Agentliyi

Moxito necə hazırlanmalı? – Qaydası

Moxito necə hazırlanmalı? – Qaydası
14 May 2019 - 4:00

Moxito əsasən də isti yay günlərində bir çoxlarının həvəslə içdiyi sərinləşdirici içkidir.

ONN media məşhur olan bu içkinin hazırlanma qaydasının təqdim edir.

Lazım olan məhsullar:

Limon (yaşıl limon) – 1 ədəd

– Bacardi Superior

Sodası – 5/6 kl

– Təzə nanə yarpağı – 8-10 ədəd

– Qara şəkər – 2 çay qaşığı

Hazırlanması: Moxito içiləcək bardaqda hazırlanan kokteyldir. İlk əvvəl limonu 6 hissəyə bölün. Bardağın içinə atdığınız limon parçalarının üzərinə qara şəkəri və nanə yarpaqlarını əlavə edib toxmaqla yüngülcə əzin (nanənin təzəliyi kokteylin ləzzəti üçün önəmlidir). Sonra bardağı buz parçaları ilə doldurun. Ən sonda Bacardi Superior-u əlavə edin və bardağın qalanını bu soda ilə doldurun. Moxito hazırlayarkən diqqət etməniz lazım olan məqam hər əlavə olunan məhsulu qarışıma yaxşıca qarışdırmaqdır. Kokteyli təzə nanə yarpağı ilə bəzəyib üzərinə toz şəkər səpin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png