ONN İnformasiya Agentliyi

Paytaxt salatı resepti

Paytaxt salatı resepti
21 May 2021 - 13:54

Tərkibi:
5-6 ədəd yumurta
2 ədəd kök (orta ölçüdə)
5-6 ədəd kartof
2 ədəd təzə xiyar (istəyə uyğun turşu xiyar da istifadə oluna bilər)
700 qr toyuğun döş əti
425 qr yaşıl noxud
Mayonez
Xama
Yaşıl soğan, şüyüd (istəyə görə)

Hazırlanması:
Ərzaqlarımızı hazırlayaq. Sizinlə bəzi sirrləri paylaşmaq istəyirik. Yumurtanı bişməyə qoyarkən suyuna biraz duz tökün. Bu, bişdikdən sonra qabığının rahat soyulmasına kömək edəcək.
Kartofları doğrayıb bişirməyinizi məsləhət görürük. Çünki bişmiş kartofları doğramaq çətin olur və onlar əzilir. Kartofun qabığını soyun, balaca kub formasında doğrayın. Doğradığınız kartofları soyuq su ilə yaxşıca yuyun. Daha sonra bir qazana tökün, üstünü örtənə kimi su əlavə edin. Biraz duz əlavə edib bişirin.Daha sonra digər ərzaqlarımızı kiçik kub formasında doğrayırıq.Yaşıl noxudu yuyub doğradığımız ərzaqların yanına əlavə edirik.
Biz salata yaşıl soğan və şüyüd də əlavə edirik. Siz istəyə uyğun bu göyərtiləri dəyişə bilərsiniz.
Bütün ərzaqlarımız doğrandıqdan sonra ora mayonez və xama əlavə edirik. Lakin biz yalnız mayonez istifadə edirik. Çünki xama salata su salır. Mayonez salatı çox dadlı edir. Və istəyə uyğun duz və istiot əlavə edirik. Salatımız hazırdır.

Bizim reseptlə “Paytaxt salatı” hazırladınızsa, salatın şəklini bizimlə paylaşmayı unutmayın.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png