ONN İnformasiya Agentliyi

Penne Rigate Arabyata sousu ilə resepti – İTALYAN MƏTBƏXİ

Penne Rigate Arabyata sousu ilə resepti – İTALYAN MƏTBƏXİ
05 Avqust 2020 - 22:29

Tərkibi:
Penne rigate – 500 q,
pomidor – 600 q,
sarımsaq – 2 diş,
zeytun yağı – 3 xörək qaşığı,
pekorino – 4 xörək qaşığı,
acı bibər – 1 ədəd,
cəfəri – zövqə görə,
duz – zövqə görə,
qara bibər – zövqə görə.

Hazırlanması:
1) Pomidorları 10 saniyə qaynar suda saxlayın, qabığını və toxumlarını təmizləyin və kub şəklində doğrayın.
2) Xırda-xırda doğranmış sarımsağı və qırmızı acı bibəri zeytun yağında qovurun. Pomidorları əlavə edib, 5 dəqiqə bişirin.
3) Çox miqdarda duzlu suda Penne rigate Lafarellanı “al-dente” vəziyyətinə çatanadək qaynadın, suyunu boşaldın və sousla qatın, süfrəyə gətirməzdən əvvəl üzərinə rəndələnmiş pekorino və xırda doğranmış cəfəri səpin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png