Bəhməzli alma piroqu - RESEPT

Bəhməzli alma piroqu - RESEPT


Bəzən çay içərkən nə isə fərqli və ləzzətli bir şirniyyat istəyirik.

Bunun üçün ONN media sizə bəhməzli alma piroqunun reseptini verir.

Lazım olanlar:

1 stəkan bəhməz

1 stəkan süd

1 alma

1 yumurta

1 stəkan un

1 stəkan iri döyülmüş qoz

1 çay qaşığı darçın

1 paket qabartma tozu

Hazırlanması:

Yumurtanı dərin bir qabda yaxşıca çırpın. Almadan başqa bütün ərzaqları əlavə edib qarışdırın. Almanı kub şəklində doğradıqdan sonra xəmirə əlavə edib, axırıncı dəfə qarışdırın. Sonra onu əvvəlcədən yağlanmış bir keks qəlibinə tökün. 170 dərəcəlik sobada, təxminən 20-25 dəqiqə üzəri qızarana qədər bişirin. Piroqunuz hazırdır.

 

 

Geri qayıt