Qəhvə sevənlər üçün: frappe

ONN media xəbər verir ki, məşhur qəhvə dükanlarında ləzzətlə içdiyiniz qəhvəni evinizdə də hazırlaya bilərsiniz.

Ləvazimatlar:

1 stəkan soyuq süd

1,5 çay qaşığı hazır qəhvə

3-4 dilim buz

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı krem

Krem şanti və şokolad sousu

Hazırlanması:

Bir böyük stəkana qəhvə, şəkər və südü əlavə edib yaxşıca qarışdırın. Qarışım köpüb stəkanın ağzına kimi dolmasına az qalmış kremi və buz dilimlərini əlavə edib qarışdırın. Üzərini krem şanti və şokolad sousu ilə bəzəyin. Nuş olsun!