ONN İnformasiya Agentliyi

Rulet pizzanın RESEPTİ

Rulet pizzanın RESEPTİ
19 Aprel 2018 - 14:25

Yumru pizzalardan doyanlar. Bilin ki, uzun, rulet formasında da pizza olur. Çox maraqlıdır, dadlıdır. Sinamağa dəyər.

ONN media sizə rulet pizzanın reseptini təqdim edir.

Ərzaqlar:

Xəmir üçün:
Isti su – 1 fincan
Quru maya – 1 ç. q.
Şəkər – 1 x. q.
Duz – 2 x. q.
Bitki yağı – 3 x. q.
Un – 3 stəkan

İçlik üçün:
Tomat sousu – yarım stəkan
Salyami –  9 dilim
Mozzarella – 1 stəkan
Vetçina – 7 dilim
Yumurta – 1 ədəd
Reyhan – 1 ç. q.

Hazırlanması:

Xəmiri hazırlamaq üçün bir stəkan isti suya quru maya və 1 ç. q. şəkəri qatırsız. Sonra bura  2 ç. q. duz və 2 x. q. zeytun yağı əlavə edirsiz. ələnmiş una bu qarışığı qatıb, mətbəx kombaynında 15 dəqiqə qarışdırırsız.
Bir qaba azca bitki yağı töküb, xəmiri ora boşaldır, üzərini bağlayıb. 1 saat yarım gəlməsini gözləyirsiz.
Elə ki xəmir gəldi, onun yarısını götürüb kündələyir və uzunsov 25×40 diametrində yayırsız. Bu xəmirin ortasına (tam kənarları boş qalmalıdır) tomat sousu, vetçina, salyami düzürsüz. Bir yumurtanı qabda çalıb, fırça ilə xəmirin boş qalmış kənarlarına yumurtadan çəkirsiz. Uzun xəmirin kənarlarını bir birinə yapışdırır, sonra rulet kimi fırladır və soba üçün formaya qoyursuz. Ruletin üzərinə yumurta çəkir və bir az pendir, reyhan səpirsiz. Son olaraq iti bıçaqla ruletin üzərində 3-4 yerdən nazik dərin olmayan kəsiklər atırsız.
Rulet pizza 250 dərəcədə 12 dəqiqə bişir.
Isti isti süfrəyə verilir. Kəsik atılmış yerlərdən rahatca kəsməklə bölünür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png