ONN İnformasiya Agentliyi

Şəkər çörəyi necə hazırlanır? – QAYDASI

Şəkər çörəyi necə hazırlanır? – QAYDASI
07 May 2020 - 19:14

ONN media Azərbaycan milli şirniyyat növlərindən biri olan şəkər çörəyinin hazırlanmasını təqdim edir.

Tərkibi:

  • 250 qr kərə yağı
  • 1 stəkan şəkər tozu və ya pudrası
  • 1 ədəd yumurtanın ağı
  • 2 stəkan un
  • 1 ç/q vanil
  • yarım ç/q qabartma tozu

Üzəri üçün

  • yumurta sarısı

Hazırlanma qaydası:

1. Yumuşaldılmış kərə yağı və şəkər tozu (pudrası) mikser vasitəsilə çalınır. Üzərinə vanil də qatılır. 10 dəqiqə də qarışdırdıqdan sonra yumurta ağı  tökülür. Qarışımı biraz da çaldıqdan sonra üzərinə qabartma tozu da əlavə edirik. Unu yavaş-yavaş  töküb, xəmir yoğrulur.

2. Hazır xəmirdən kiçik ölçülü təpəcikər düzəldib, baş hissəsinə yumurta sarısı çəkilir. 170 dərəcəlik sobada 25 dəqiqə bişirilir. Bişdikdən sonra isti və ya soyuq halda çay süfrəsinə vermək olar.

NUŞ OLSUN!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png