Saxsı qabda buğlamanın hazırlanması – RESEPT

Buğlamanın resepti fərqlidir. İnsanların damaq dadından asılı olaraq tərkibi dəyişə bilər. Biz bu dəfə klassik buğlamanın hazırlanma qaydasından danışacağıq.

ONN media resepti təqdim edir.

Lazım olan ərzaqlar:

0,5 kq yağlı qoyun əti
4 ədəd pomidor
3 ədəd bolqar bibəri
6-7 ədəd soğan
4-5 diş sarımsaq
1 stəkan soyuq su
Duz
İstiot 
Soğanları uzununa doğrayın. Sümüklü əti də doğrayıb duz, istiot və soğanla qarışdırın. Pomidorların qabığını soyun halqa formasında doğrayın. Bibəri də eyni ilə doğradıqdan sonra qazanın dibinə ətlə soğanı düzün, onların üstünə bibəri döşəyin. Lap üstdən isə pomidoru düzün, duz və istiot səpin. 1 stəkan soyuq su töküb aşağı odda təxminən iki saat bişirin. Bişdikdən sonra göyərti, limon əlavə edib servis edə bilərsiniz. Yeməyi saxsı qabda bişirsəniz, daha ləzzətli olacaq.