ONN MEDİA

Snickers dondurmasını özünüz hazırlayın

Snickers dondurmasını özünüz hazırlayın
11 İyul 2019 - 4:57

İsti yay günləri vücudumuzu sərinlədən dondurmadan gözəl nə ola bilər? Tərkibi bilinməyən dondurma almaq əvəzinə evdə daha sərfəli və doyumlu dondurma hazırlaya bilərsiniz.

ONN media publika -ya istinadən olduqca ləzzətli Snickers dondurmasının ev şəraitində hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

2 ədəd “Snickers” şokoladı

yarım stəkan qatılaşdırılmış süd

1 stəkan süd

1 stəkan qaymaq

yarım stəkan şokolad sousu

Hazırlanma qaydası:

Snikersi və qatılaşdırılmış südü su hamamında əridin. Əriyən qarışığı başqa bir qaba tökün,süd, qaymaq və şokolad sousu ilə qarışdırın. 2 saat soyuducuda gözlədin. Qarışığı soyuducunun dondurucu gözünə yerləşdirin və 2 saat dondurun. Nuş olsun!

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png