ONN İnformasiya Agentliyi

Sobada manqal keyfi: Toyuq kababı resepti

Sobada manqal keyfi: Toyuq kababı resepti
09 İyul 2020 - 21:47

Tərkibi:

500 q sümüksüz toyuq,
1 iri soğan suyu,
2 yemək qaşığı qatıq,
3 diş sarımsaq,
1,5 qəhvə fincanı zeytun yağı,
1 şirniyyat qaşığı duz,
2 çay qaşığı istiot,
1 çay qaşığı qırmızı bibər,
1 çay qaşığı kəklikotu,
1 dəstə bibəriyyə

Araları üçün:

1 ədəd bibər,
1ədəd kabak,
1ədəd soğan,
100 qram göbələk,
1 çay qaşığı duz,
1 çay qaşığı istiot,
2 yemək qaşığı zeytun yağı

Hazırlanması:

Dərin bir qabın içərisinə quşbaşı şəklində doğranmış toyuq döşünü yuyun.
Üzərinə zeytun yağı, qatıq, soğan suyu, rəndələnmiş sarımsaqları , duz və ədviyyatları da əlavə edərək qarışdırın.
Bu toyuqların üzərinə strec film çəkərək soyuducuda ən azından 1 saat saxlayın.
Göbələk xaric digər bütün ərzaqları orta qalınlıqda doğrayın.Duz, istiot və zeytun yağı ilə qarışdırın.
Çöp şişlərə toyuqları və tərəvəzləri bir-bir keçirin.
Bütün ərzaqlar bitənə qədər belə davam edin.
Bir fırın sinisinə yağlı kağız sərin.
Fırının orta hissəsinə bu sinini yerləşdirin.
Üzərinə fırın telini yerləşdirin.
Fırını 180 dərəcədə 5 dəqiqə qədər qızdırın.
Ardından telin üzərinə çöp şişləri düzərək bişməyə qoyun.
Bəlli aralıqlarla yönlərini dəyişdirməyi çalışın.
20-25 dəqiqə qədər bu şəkildə bişirdikdən sonra çıxarıb servis edə bilərsiniz.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png