ONN İnformasiya Agentliyi

Sobada siqara börəyi necə hazırlanır? – RESEPT

Sobada siqara börəyi necə hazırlanır? – RESEPT
04 Sentyabr 2019 - 23:53

ONN media sobada siqara börəyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

2 iri yuxa

1 x.q. marqarin

0,5 st. zeytun yağı

2 x.q. qatıq

2 yumurta

1 kasa ağ pendir

qara istiot

0,5 dəstə şüyüd

0,5 dəstə cəfəri

Hazırlanması:

Marqarini əridib azca soyudun. Zeytun yağı, qatıq, ilıq marqarin, 1 yumurta, qara istiotu qarışdırın.

Yuxalardan birinin üzərinə qarışığın yarısını yayın. İkinci yuxanı üzərinə yerləşdirib qarışığın qalanını üzərinə çəkinn.

Yuxanı 8 yerə bölün (8 üçbucaq). Bir qabda xırda doğranmış şüyüd, cəfəri, pendir və qara istiotu qarışdırın. Üçbucaqların üzərinə yerləşdirin, siqara böreyi kimi bükün. 1 yumurtanın sarısını çalıb üzərinə çəkin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png