Soğan mürəbbəsi yemisiniz? – HAZIRLANMA QAYDASI

Mətbəxdə fərqli ləzzətlər axtarışında olan xanımlar adət etmədiymiz meyvə və tərəvəzlərdən mürəbbələr bişirirlər. Amma ONN media-nın ailem.az-a istinadən təqdim edəcəyi bu mürəbbə reseptini bəlkə də ilk dəfə yoxlayacaqsınız.

Soğan mürəbbəsi
 

Lazım olanlar:

2 kq soğan

2 stəkan şəkər tozu

1 stəkan zeytun yağı

1 çay qaşığı duz

3 xörək qaşığı alma sirkəsi

3 ədəd mixək

Hazırlanması:

Soğanları ya əllə, ya da mətbəx robotunda kiçik şəkildə doğrayın. Qalın altı olan bir qazanın içərisində zeytun yağında soğanı öldürün və duz tökün. Soğanların rəngi şəffaflaşanda şəkər tozu əlavə edin və bir az qarışdırın. Mixək və sirkə əlavə edib, qazanın qapağı bağlayın və çox az odda bişirin. Bir boşqabın üzərinə bir çay qaşığı qədər qoyun, əgər axmırsa, demək, hazırdır.

Mürəbbə əvvəlcədən qaynadılaraq sterilizə edilən balonlara isti-isti yığılır və dərhal qapağı bağlanaraq soyuyana qədər tərs çevirilir. Nuş olsun!