ONN İnformasiya Agentliyi

Şokoladlı trüfel resepti

Şokoladlı trüfel resepti
31 Mart 2020 - 5:00

Tərkibi:
200 q “Malyutka” uşaq yeməyi, yaxud quru süd
50 q kakao
250 q şəkər tozu
200 q kərə yağı

Hazırlanması:
Qazana 100 ml su tökün, şəkər tozu əlavə edin.

Qaynara düşəndə yağ əlavə edin, orta itilikli odda, qatılaşanadək bişirin (təxminən 30 dəqiqə).

Uşaq yeməyini (yaxud quru südü) kakao ilə qarışdırın.

Az-az şəkərli-yağlı qarışığı əlavə edin (hamısını tökməyin, yarısı lazım olmaya da bilər). Yaxşıca qarışdırın. Qarışıq ovxantı, narın suxarı kimi olmalıdır.
İsti qarışıqdan qoz boyda kürələr hazırlayın. Bunları kakao və şəkər pudrasının qarışığına batırın (həmçinin xırdalanmış qoz, yaxud kokos yonqarına da batıra bilərsiniz).(Dadlı.az)

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png