Tərəvəzli düyü qarnirinin orjinal resepti

 Kafe, restoranlarda ət yeməklərinin yanında verilən bu cür tərəvəzli düyüləri çox görmüsüz. Bəs onu hazırlamağı necə, sınamısızmı?

ONN media bu düyünün reseptini sizlərə təqdim edir.

Ərzaqlar:

Uzun düyü – 100 qr.

Kök – yarım dənə

Pomidor – 1 ədəd

Yaşıl şirin bibər – 1 ədəd

Konservləşdirilmiş qarğıdalı – 50 qr.

Sarımsaq – 1 diş

Cəfəri – ¼ dəstə

Duz – istiot

Zeytun yağı – 2 x.q.

Hazırlanması:

Düyü yaxşıca yuyulur və suda bişirilir.

O bişənə kimi tərəvəzlər – bibər və kök yuyulur, çox xırda şəkildə doğranılır. Zeytun yağında 5 dəqiqə birlikdə pörtlədilir.

Pomidorun qabığı soyulur, xırda kublara bölünür. O da tavaya əlavə edilir, daha 5-7 dəqiqə bişirilir. Sonra tavanı oddan götürürük, tərəvəzlərə duz-istiot vurub, qarışdırırq. Əzilmiş sarımsaq, qarğıdalı da tavaya tökülür. Düyü süzülür, buraya – tavadakı tərəvəzlərin üzərinə əlavə edilir. Xırdalanmış göyərti səpilir, ərzaqlar yaxşıca qarışdırılır.

Budur, restoran menyularında olan əsl tərəvəzli düyü qarniri artıq hazırdır!