ONN İnformasiya Agentliyi

Toyuqlu sezar salatı belə hazırlanır

Toyuqlu sezar salatı belə hazırlanır
05 May 2018 - 18:01

Sezar salatı ilk dəfə ХХ əsrin 20-ci illərində Amerikada italyanlar tərəfindən hazırlanmağa başlayıb. Bu salatın bir neçə növü mövcuddur: suxari və toyuqla, həmçinin ançousların əlavəsi ilə…

ONN media sizlərə toyuqlu sezar salatının hazırlanma qaydasını təqdim edir.

Lazım olan məhsullar:
– Kahı – 1 dəstə (mümkün qədər soyudulmuş şəkildə)
– Toyuq filesi – 1 ədəd
– Baton (və ya tost çörəyi) – 1 ədəd
– Zeytun yağı – ½ stəkan
– Xardal – 1 qaşıq
– Limon suyu – 1 qaşıq
– Yumurta sarısı – 1 ədəd
– Parmezan pendiri – 25 qr
– 2 diş sarımsaq
– duz, istiot, zövqə görə şəkər tozu

Hazırlanması:
Yuyulmuş və qurudulmuş kahı yarpaqları əllə kiçik hissələrə parçalanır.
Toyuq kiçik parçalar şəklində doğranır və duz-istiot əlavə edilərək bir neçə dəqiqə qaynar günəbaxan yağında qızardılır.
Zeytun yağı yumurta sarısı, limon suyu, doğranmış sarımsaq və sürtgəcdən keçirilmiş parmezan pendiri ilə qarışdırılır. Duz, istiot və zövqə görə biraz şəkər tozu əlavə etmək olar.
Baton çörək kubiklər şəklində doğranır və doğranmış sarımsaqla qızardılır (və ya hazır qızarmış kubiklərə sarımsaq sürtülür).
Kahı yarpaqlarının üzərinə qızardılmış toyuq parçaları qoyulur, üzərinə hazırlanmış sous tökülür və ən son sürtgəcdən keçirilmiş parmezan pendiri səpilir.

 

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png