Urfa kababının hazırlanma qaydası -Türk mətbəxi

Kabab Türk xalqlarının ən sevimli yeməklərindəndir.

ONN media bu dəfə Türk mətbəxindən Urfa kababın hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

500 q yağsız qiymə

1 ədəd baş soğan

1 ədəd qırmızı bibər

1 diş sarımsaq

1 yemək qaşığı pomidor tomatı

1 yemək qaşığı kərə yağı

Duz, istiot

Hazırlanması:

Soğan, sarımsaq və qırmızı bibəri blenderdən keçirin. Qiymə, duz, qara istiot, tomat və soğanı qarışdırıb yaxşıca yoğurun. Qiyməli qarışığın içərisinə xırda doğranmış kərə yağını əlavə edib yoğurun. Qiyməni şişlərə keçirib 230 dərəcə öncədən qızdırılmış sobada qızarana qədər bişirin.

Nuş olsun!