ONN İnformasiya Agentliyi

Vineqretin hazırlanma QAYDASI

Vineqretin hazırlanma QAYDASI
23 May 2019 - 4:13

ONN media bu çox dadlı və xeyirli salatın hazırlanma qaydasını təqdim edir.

İnqrediyentlər:

– kartof – 2 dənə

– çuğundur – 2 dənə

– kök – 2 dənə

– duza qoyulmuş kələm (“molokan” kələmi) – 150 qr

– duza qoyulmuş xiyar – 3 dənə

– lobya – 1/2 stəkan

– qırmızı soğan – 1 dənə

– bitki yağı, duz, istiot (zövqə görə).

Hazırlama:

1. Kartof, kök, çuğundur bişirilir və soyulur. (Çuğundur ayrı bişirilir.)

2. Lobya axşamdan suda isladılır və yumşaq olana kimi bişirilir.

3. Kartof, kök, çuğundur kub şəklində doğranılır. Soğan və xiyar xırda doğranılır.

4. Duzlu kələm doğranılır.

5. Bütün ingrediyentlər qarışdırılır. Duz və istiot vurulur və yenə də yaxşı qarışdırılır.

6. Bitki yağı qabda bir qədər qızdırılır və salata əlavə olunur. Salat yenə də yaxşı qarışdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png