ONN İnformasiya Agentliyi

Yaş keks necə bişirilir? – ASAN RESEPT

Yaş keks necə bişirilir? – ASAN RESEPT
15 İyul 2018 - 20:25

Bəzi tortları bişirməyi bacarırıq, amma yaş keksi evdə hazırlamağın çətin olduğunu düşünürük. Buna görə də adətən yaş keks yemək istədikdə şirniyyat mağazalarından hazır alırıq. ONN media sizə evdə hazırlaya biləcəyiniz yaş keksin asan reseptini təqdim edir.

 

Ərzaqlar:

 

3 yumurta

Stəkan yarım şəkər tozu

Stəkan yarım süd

1 stəkan duru yağ

1 paket kakao

2 stəkan un

Vanil

Qabartma tozu

 

Üstü üçün sous:

 

1 stəkan kakoulu qarışım

Yarım stəkan su

 

Hazırlanması:

 

Yumurta və şəkər tozunu çırparaq köpüklədin. Süd, duru yağ və kakao əlavə etdikdən sonra təkrar çalın. Bu qarışımdan bir stəkan ayırın. Qalan qarışıma qabartma tozu, vanil və un əlavə edərək qarışdırın. Əldə etdiyiniz keks və xəmirini yağlanmış soba qabına tökərək, əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobaya qoyun. 

 

Ayırdığınız 1 stəkan sousa yarım stəkan süd əlavə edib 1 buğum qaynadın. Keksinizi sobadan çıxardıqdan 10 dəqiqə sonra üzərinə soyuq sousu tökün.

 

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png