ONN İnformasiya Agentliyi

Yumurta şirniyyatı resepti

Yumurta şirniyyatı resepti
13 Aprel 2020 - 3:52

Tərkibi:

Xəmiri üçün:

2 ədəd yumurta
8 yemək qaşığı qatıq
1,5 su stəkanı un
1 paket qabartma tozu

Şərbəti üçün:

2 su stəkanı su
2 su stəkanı şəkər tozu
4 damla limonun suyu

Hazırlanması:

Əvvəlcə şərbəti hazırlayaq.
Şərbəti hazırlamaq üçün su və şəkər tozunu bir qaba alın.
Şəkər əriyənə qədər qarışdırın.
Qarışımı qaynamağa qoyun.
10 dəqiqə yüksək atəşdə qaynatdıqdan sonra 10 dəqiqə qədər də orta atəşdə qaynadın.
Limon suyunu əlavə edib 5 dəqiqəyə yaxın vam odda qaynatdıqdan sonra oçaqdan alın və otaq temperaturunda soyumağa qoyun.
Dərin bir kasaya yumurtanı əlavə edin.
Çırpma teli yardımıyla yaxşıca çırpın.
Üzərinə qatığı əlavə edib yenidən qarışdırın.
Son olaraq un və qabartma tozunu da əlavə edib hamar bir konsistensiya (kvam)alana qədər qarışdırın .
Geniş bir tavaya duru yağ əlavə edərək qızdırın.
Qızdırdığınız yağa çay qaşığı yardımıyla xəmirdən parçalar tökün.
Nar kimi qızarmış olan yumurta şirniyyatlarını kəfgir yardımıyla yığın, yağını süzün və kağız dəsmalın üzərinə yığın.
Yağı süzülmüş olan şirniyyatı soyutduğunuz şərbətə salıb kəfgirlə çıxardın.
İlıq halda servis edin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png