ONN İnformasiya Agentliyi

Əjdər Zeynalov: “Əməkdar artist adını almamağımın yeganə səbəbi…” – MÜSAHİBƏ

Əjdər Zeynalov: “Əməkdar artist  adını  almamağımın  yeganə  səbəbi…” – MÜSAHİBƏ
06 İyul 2020 - 11:30

Yaxın günlərdə 56 yaşını qeyd edən istedadlı, sevilən peşəkar sənət adamımız olan, aktyor Əjdər Zeynalov ONN media nın virtual qonağı oldu. Hörmətli Əjdər bəylə hazırladığımız müsahibəni oxucularımıza, sevimli sənət adamımızın sevənlərinə təqdim edirik.

Əjdər bəy, öncə doğum gününüz  münasibəti  ilə  Sizi təbrik edirəm.

Səidə  xanım,  təbrikə  görə  təşəkkür  edirəm.

Aktyorlar iki ömür yaşayır-öz ömrünü və aktyor ömrünü… Öz ömrünüzün, aktyor ömrünüzü üstələdiyi vaxtlar olur və ya əksinə?

Doğrudur aktyor hər iki ömür yaşayır: öz ömrünü, həyat verdiyi  obrazların ömrünü… Və  bizim  ömrümüz  özümüzdən  aslıdır  onu  idarə  edə  bilirik.  Amma artıq aktyorluq   ömüründə  isə  obrazın dilində, obrazın  xarakteri  ilə  hərəkət  etmək  lazımdır.  Onu  obraz  kimi,  bir  xarakter  kimi  canlandırmaq  lazımdır.  Bunlar  olmasa təbi ki,   həyat  verdiyiniz  obraz  tamaşaçılar  tərəfindən  süni  qarşılanar  və  sevməz. Biz  öz  ömrümüzü  özümüz  idarə  edirik  lakin  aktyorun  ikinci  ömrü  hansı  ki,  sənətdir,  balıq  necə  ki,  sussuz  yaşaya  bilməz  bizdə  sənətsiz  yaşaya  bilmirik.  Söhbət  peşakarlardan gedir, sənəti  sevən  aktyorlardan  gedir.  Mən  özümü  dərk  edəndən  bu  sənətdə  olmuşam   və  bütün  canımla,  qanımla  sənətimə  bağlıyam. Artıq 36  ildir  bəlkədə  daha  çoxdur  ki,  mən  bu sənətdəyəm. Mən  söylərdim  ki,  aktyorlar  öz  ömürlərindən  çox  aktyorluq ömürünü düşünürlər  obrazları, obrazların  xarakterlərini  fikirləşirlər  əgər  bir  aktyor  obrazını  və  xarakteri  üzərində  yetərincə  düşünmürsə  məncə  obraza  uğurlu  həyat  verə  bilməz. Hər  zaman  deyirlər  ki, aktyor  öz  üzərində,  obrazı  üzərində  çalışmalıdır. Aktyor  ömürü  bizim  üçün çox  çətin  ömürdür.  Xaricdə  bu  çətinlikləri,  əzab-əziyyəti  görən  aktyorlar  var,  buna  baxmayaraq  yaxşı  qonarar alırlar,  yaxşı  dolanırlar.  Heç  bir  şeyə  ehtiyacları  olmur  amma  bizdə  həm  ehtiyac,  həm  qonararın  az  olması  bütün  bunlar  sənət  insanlarına mənəvi,  psixoloji  təsir  edir  və  bununla  belə  biz  dözürük,  canlandırmaq  istədiyimiz  obrazları  düşünərək  yaşayırıq çətin olsa da,  həyatımız  davam  edir.  Yenə  də  söyləyirəm  əsil  peşakar  aktyor  öz  obrazı  barədə  düşünür  və  çalışır.  İkinci  ömür  bizim  obrazlarımızdı,  yaratdığımız  obrazlar,  yaratdığımız  xarakterlərdir  onları  fikirləşirik,  onlarla  yaşayırıq. Aktyor  ömüründə  yaratdığımız  obrazın  daxili  aləmindən  çıxış  edərək  onun danışığını  və  hərəkətini  çalışırıq canlandıraq.

Əjdər Zeynalov, 56 illik ömür  yolunda   geridə qoyduğu  bu illərdə  sənət yolunda  peşmançılıqları  və  sevincləri  yəqin ki,  yaşamışdır.  Kimlər  sevincə,  kimlər  peşmançılığa  səbəb  oldu?  Və  bunlar həm sənət  yolunda, həm də  həyatınızda sizə  nələr  qazandırdı…

Hər  bir  aktyorun  həyat  yolunda  həm  peşmançılıq,  həm,  çətinlik  həm də, sevincli  günlər  olur.  Aktyor  bilirsiz   necədir,  bütün  il  boyu  işləyirsən  az  maaşla  çətinliklə  bir  sözlə  zülümlə  amma  yenədə  çalışırsan.   Bir  tamaşanın,  bir  filmin  premiyası olur   və  tamaşaçılar  gəlir  tamaşa  və  ya  film  bitdikdən  sonra bir anlıq alqışlayıb  çiçək  dəstələri  verirlər  elə  bilirsən  ki,  bütün  dünya  sənindir.  O  zaman  özün-özünə  söyləyirsən “Nə  yaxşı  ki,  mən  aktyor  olmuşam”.  Oradan   ayrıldıqdan  yarım  saat  sonra  yenə  problemlər, dərtlər,  çətinliklər  barədə düşünür  və  bütün insanlar  kimi  “Necə  edəcəm”, “Hardan,  biraz  pul  qazanıb  ailəmi,  balalarımı  dolandırım”  deyə  fikirləşirsən.  Özünüzdə bilirsiz  aktyor  biraz  ictimayyətdən  seçilməlidir,  yaxşı  geyinməlidir,  yaxşı yerlərdə  mütləq  olmalıdır. Bütün  bu  fikirlərlə  aktyor  gəlir  evinə və  sevinc,  peşmançılıq  burada  yaranır.  Sevinirsən  alıqışlayırlar,  gül-çiçək  verirlər,  sonra  da  həyatın çətinlikləri,  peşmançılıqları ilə  üzləşəndə   artıq  peşman  olursan.  Hətda  düşünürsən  ki,  “Mən  niyə  aktyor  oldum? Başqa  sənətlə  məşqul  olub özümü  və  ailəmi  dolandırardım”.  Amma  bizim  işimiz  yalnız  çəklişlərdən aslıdır filmlərdən,  seriallardan  yəni  yalnız  teatr  maaşı ilə   ailə  dolandırmaq  çox  çətindir. Akademik  teatrlarda  maaşlar  qalxdı  Cənab  Prezidentimiz   çox  gözəl  addım  atdı,  maaşlar  qalxdı, üç  teatra  “akademik”  statusu  verdi. Bu o  deməkdir  ki,  onların  maaşları  iki  dəfə  artdı.   Maddi  tərəfdən  təmin  olunanda  yalnız  sənəti  düşünürsən,  yaradıcılıq  haqqında  fikirləşirsən  o  zaman  irəlləyiş  olur.  Maddi  tərəfi  düşünəndə  isə  sənət  ikinci  plana  keçir,  artıq  sənət  olmur.  Məndə  ən  böyük  peşmançılıq  o  zaman  olub  ki,  vaxtı  ilə  Akademik Milli  Dram  Teatrında Elçin Əfəndiyevin  “Sənətkarın  taleyi”  əsərində  rol  almağa  dəvət  etdilər  və  iki-üç  illik  müqavilə  ilə  orada  mən  işlədim. O  dönəmlərdə  mənə  dəfələrlə  təklif  edildi  ki,  sənin  kimi  xarakterik  aktyor  bizdə yoxdur,  gəl  burada  işlə amma  mən  getmədim.  Başqa  biri   mənim  yerimdə  olsaydı  qəbul  etmişdi,  bir  nömrəli  teatrda  işləyirdi  həm  maaşları,  həm  də,  şəraitləri  yaxşıdır. Gözəl  bina,  zalda tamaşaçıları  daima  var. Tamaşaçılarla  dolu  zalı  görən  aktyor  sanki  göyün  yeddinci  qatında  olur, o  zaman  hiss  etdiyim  sevinci  ifadə  etməkdə  çətinlik  çəkirəm.  Tamaşaçılarla  o qədər  nəfəs  alırıq  ki,  onları  görəndə  əlbətdəki ruhlanırıq,  bir-birindən  daha  da  gözəl  obrazlar  yaratmağa  israrlı  oluruq. İrəvan  Dram  Teatrında   direktorun  mənə  qarşı  tutduğu qərəzli mövqeni  görəndən  sonra ,  mənə  qarşı  başladılmış kampaniyanı görəndən sonra, mənə olan  münasibətlərini  görəndən  sonra  peşmançılıq  çəkdim  ki,   mən  vaxtında   razılaşardım  Azərbaycanın  bir  nömrəli   Akademik Milli  Dram teatrında   gözəl  kollektivdə  işləyərdim. Bəli,  sonrakı  peşmançılıq  fayda  verməz… Mən  qeyd etmək  istərdim  ki,  İrəvan  teatrını  Bakıda   bərpa  edən  insanlardan  biridə  mən  olmuşam.  1989 –cu  ildə  Azərbaycanın  Xalq  artisti  Vidadi  Əliyev,  Azərbaycanın  Xalq  artisti  Elmira  İsmayılova  hələ  İrəvan  teatırından  bu  yana  uzun  müddət  işləmiş  peşakar  sənətkarlar  olublar,  onlar  başda  olmaqla   biz  günün altında  saatlarla  qəbulda  gözləmişik  ki,  Bakıda bərpa  edək. Bu  teatr  1988 –ci  ildə  İrəvandan  qaçqın  düşdü   milyonlarla  soydaşlarımız  kimi   teatrda  fəaliyyət  göstərən  aktyorlarda   köçüb  gəldilər  Bakıya   və  1989-cu  ildə   çox  çətinliklə  olsa da   teatrı  İrəvan  adı  ilə Bakıda  bərpa  edə  bildik.  Akademik  Milli  Dram  Teatrının  nəzdində  İrəvan teatrının   studiyası  kimi  gedirdi,  o  vaxt  bizə  çox  insan  dəstək  oldu.  Allah  rəhmət  etsin,  bizim  çox  gözəl  aktyorumuz  Həsən  Turabovda  bizə  çox  dəstək  oldu.  1994 –cü  ildə  Ulu  öndər  Heydər  Əliyev  hakimiyyətə  gəldikdən  sonra  teatra  “dövlət” statusu  verildi. Çox  çətinliklə  bərpa  etdik,  işləməyə  başladıq.  Həmin   dövürdə  təsəvvür  edin  ki,   ermənilər  dəfələrlə   bizim  hökümətə  müraciət  edirdilər  ki,  bu  teatrı  bağlayın  və  burada  müqavimətə rast  gələndən  sonra  adının  dəyişdiriləməsi  irəli  sürüldü  hətda  bizə  dövlət  səviyyəsində  başqa  adla  fəaliyyət  göstərilməsi  təklif  edilirdi. Lakin  biz  üzərində  durduq ki,  bu adla teatr  yaşamalıdır.   Ulu  öndərin  bir  sözü  var idi,  biz  tarixi  tez  yaddan  çıxarırıq  amma  uşaqlarınızın  və  nəvələrinizin  əlindən  tutub  şəhərdə gedərkən  İrəvan  teatırını  görəndə  və  adı ilə  maraqlanıb  sizdən  “Niyə  adı  İrəvandır?”  deyə  soruşduqda  tarix  yadınıza  düşəcək,  uşaqlarınıza,  nəvələrinizə  başlayacaqsız  tarixi  danışmağa  ki,  necə  olub  burada  İrəvan  adı  qalıb  və  İrəvan  teatrı  oradan  necə  köçkün  düşüb,  insanlarımız necə  ermənilər  tərəfindən   öz  ata-baba  yurdlarından   çıxarılıblar.  İndi  təsəvvür  edin,   2000 –ci  ildə  İftixar Priyev  adlı   bir  nəfər  gəldi  istedadsız,  talandsız  aktyor iyrənc  yolla  düzdü-qoşdu  direktor oldu və  o  zamanda  İrəvan  teatrının  qara  günləri  başladı. İstedadı,  talandı  olmayan aktyor  iddiasında  olan  biri  gəlib  direktor  olduqdan  sonra  çalışır  özünü  göstərməyə   və  sevilən,  peşakar  aktyorları  sevmir.  Nə  qədər  peşakar  aktyorları,  aktrisaları  qovdu, çünki ona  sərf  etmir   ona  gərəkdir  cavan  uşaqlar  olsun  ki,  söyləsin  ki, qatıq  qaradır  onlarda  desin  qaradır.  Qarşısında  söz  deyən  olmasın,  ona  sənət  lazım deyil,  mədəniyyət  lazım  deyil. Buna  görə, işdə  mən  ola-ola,  yanımdan  keçərək  yazdı  ki,  yarım  saat  işə  gec  gəlmişəm,  söyləyəndə  ki,  axı  gördünüz  yanımdan  keçdiniz,  səsini  yüksəldərək  “Görmədim!  Yaxşı  edirəm  kimə  şikayət  edirsən et!” cavabını  aldım.  Bu  insanla  nə  danışasan? Bu  insanın  nə  sənət,  nə  mədəniyyət maraqlı  deyil.  Marağında  sadəcə  pul,  vəzifədir.  Peşmançılıq  orada  yarandı  ki,  adlarını  çəkmək  istəmirəm  bir  neçə  teatrdan  təklif  oldu amma  mən  getmədim  indi  düşünürəm  ki,  çox  yanlış  qərar  vermişəm  gərək  gedərdim.  Sadəcə  düşündüm  ki,  yaxşıdır deyə,  hamımız  ora  qaçaq  bəs İrəvan  teatrını  kim  yaşatsın…?  Buda yaşamalıdır,  burada  peşakar,  istedadlı  aktyorlar  işləməldir.  Biz  bərpa  etmişdik,  insanın  ürəyi  yanırdı  buranı  başdıbaşına  buraxmağa…

Bu  günə  kimi  “Əməkdar  artist”  adını  almamağınızın  səbəbini  nədə  görürsünüz?

Mənim  bu  günə  kimi  “Əməkdar  artist”  adını  almamağımın  yeganə səbəbi İftixar  Priyevdir.  O  zamanlar  adımı  siyahıda  yazdığını  bildirsədə  əslində  bu  doğru  olmadığını  bir  neçə  müddətdən  sonra  öyrəndim.  Nazirliyə  getdim  və  bu  barədə  maraqlandığımda  onların  da məlumatlarının  olmadığını  bildirdilər.  İftixar  Priyev  bunu  ilk  öncə  dansada,  aramızda  yaranan  mübahisələrdə  mənə  bildirdi  ki,  mən  neçə  ki,  direktoram sən  heç  vaxt  ad  almayacaqsan.  Mən  heç  bir  söz  söyləmədim  sadəcə  haqlı  olaraq  bildirdim  ki,  heç  kim  bu  dünyada  əbədi deyil,  nə  də,  vəzifəsində.  Gördüyünüz  kimi,  Mədəniyyət  nazirinidə  nə  halda  işdən  çıxardılar  əgər  güvəndiyi,  arxayın  olduğu  o  insanlaridisə…  Mən  üç  il  işsiz  qaldığım  müddətdə  Mədəniyyət  Nazirliyi  vəziyyətimlə  maraqlanmadı. Ümid edirəm  ki,  yeni  Mədəniyyət  naziri  kim  olacaqsa  sənətkarlara  hörmət edən,  sevgi  duyan  biri  olsun  və  əsil  peşakar  sənətkarlı  görüb  layiqincə  dəyərləndirsin.

Ad günlərinizi təmtəraqla qeyd etməyi sevirsinizmi?

Söyləsəm  ki,  sevmirəm  yalançı  olaram,  ümumiyyətlə  hər kəs  sevir  amma  bu  o  demək  deyil  ki,  kim  gəldi  yığasan  yox. Təmtəraqla yalnız  deyərdim  ki,  dostlarımla,  ailəmlə,  sevdiklərimlə  ya evdə, ya  həyətdə,  ya  kafedə oturub  hər  il  qeyd  etmişəm. Bu  il  vəziyyət  elə  gətirdi  ki,  özüm  və  ailəmlə yalnız bir  arada olduq.  Axşam  oturduq  samovar  qaynatdıq,  tort kəsdik  və  doğum  günümü  qeyd  etdik.

Əjdər bəy,  pandemiya  ilə  yaranan mövcüd  vəziyyət  sənət  insanlarından təsirsiz  ötüşmür.  Bir sənət  insanı  olaraq  bu vəziyyəti  necə  qarşılayırsız?

Bu  xəstəlik  getdikcə aydın  görünür  ki,  çox  ağır  bir  virusdur  kim  buna  dırnaq  arası  baxırsa   çox  səhv edir. Biz  sənət  insanlarına  doğurdan  da  çox  böyük  zərbə  vurdu.  Düşünün ki,  filmlər  çəkilmir, serialların  hamısı  dayanıb   aktyorun  dolanmaq  yeri film və serialdır. Mənim  kimi   seriallarla,  filmlərlə  yaşayan  aktyor,  hansı  ki,  artıq  üç  ildir  teatrda  çalışmıram  maaş  almıram   bunun  üçün mənə  iki  qat  zərbədir. Bizdən aslı  olmayan  vəziyyətlər  var,  istəsəkdə,  istəməsəkdə  bu  vəziyyətlərlə  barışmalıyıq.  Mən  şəxsən  öz  dövlətimi,  millətimi sevən  insanam,  qanunlarımıza  hörmət  edən  insanam,  əgər  Cənab Prezident  İlham Əliyev  “Evdə  oturun”  deyirsə,  onlar  bizdən  daha  yaxşı  bilirlər  vəziyyəti  hər  gün  araşdırırlar , müzakirələr  edirlər  buna  görə də  “Evdə  oturun”  deyirlərsə  demək  nəsə  bilirlər   və  öz  vətəndaşlarına  məsləhət  görürlər  ki,  evdə  oturun,  virusa  yoluxmayın  və  başqalarınıda  yoluxdurmayın.  Mən,  Cənab  Prezidentin  tövsiyyələrinə,  TƏBİB –in səsləndirdiyi fikirlərinə  çox hörmətlə  yanaşıram.  Və  çalışıram  ki,  imkan  dairəsində  bunu  qoruyum  nə,  özüm  nə  də,  başqlarını  xəstləndirməmək  üçün. Dövlətimizin  verdiyi hər  bir  qərarlara  çox  normal yanaşıram,   Azərbaycanın  bütün  vətəndaşlarından  xahiş  edirəm  ki,   bu  normalara  riyayət  etsinlər,  bəlkə  o  zaman  dövlətimizin,   xalqımızın  başının  üzərindən  qara  buludlar  tez  bir  zamanda  gedər,  tez  bir  zamanda  həyat  öz  qaydasına  düşər.

Son  olaraq,  sizi sevən  tamaşaçılara  və ONN media –nın  oxucularına nə  söyləmək  istərdiniz…

Məni  sevən  tamaşaçılara həmişə  cansalığı,  həyatlarında  xoşbəxtlik  arzu  etmişəm.  Allah  onların  canını sağ  eləsin,  Allah  onları  qorusun.  Mən  hər  zaman  çalışacam  ki,  yeni  işlərimlə  onları  sevindirim.  Təbi  ki,  bu  məndən  çox  bizim  rejissorlardan  aslıdır,  məsləhət  bilib  mənə  hansısa  rolu  versələr,   hansısa  filmə,  seriala   dəvət  etsələr  öz  obrazlarımla  tamaşaçılarımızı  sevindirməyə  daima hazıram. Burdan da  sevənlərimə  bildirmək istərdim  ki,  inşallah  sentiyabr  ayında  yeni  “Qaydış”  serialı  gəlir, bizim  gözəl  aktyorumuz,  rejissorumuz  Kənan  MM –lə  birgə  işləmişik.   Allahın  izini ilə  sentiyabrda  efirə  çıxmalıdır.  ONN İnformasiya  Agnetliyinə məni  sevən  tamaşaçılara  arzu  etiklərimi  diləyir, sizi  daima  izləməyə  və  oxumağı  tövsiyyə  edirəm.  Hər  zaman  sevərək  oxuyub  izləsinlər. Ümumiyyətlə  bütün  media  orqanlarını  izləsinlər,  oxusunlar  çünki  insan  dünyada,  cəmiyyətdə  baş  verənlərdən  xəbərdar  olmalıdır. ONN İnformasiya  Agnetliyinə  arzu   edirəm  ki,  bir-birindən  fərqli,  maraqlı  mövzülar  hazırlasın,  hazırlansın  ki,   tamaşaçıların  marağını  qazansın  və  mütamadi  olaraq  izləsinlər.  Sizə  və  oxucularınıza,  öz  tamaşaçılarımada  uğurlar  arzu  edirəm.  Xalqımıza  səbir  diləyirəm, bir  daha  söyləmək  istərdim  Cənab  Prezidentin  tövsiyyələrinə  əməl  etsinlər,  evdə  qalsınlar ən azında  adi  maskanı  taxsınlar elə də,  bahalı  bir  şey  deyil,  həm  özləri  üçün,  həm də  ətrafdakı  insanları  qorumaq  üçün maskadan  istifadə  etsinlər.  Əgər  işləriniz  yoxdursa  evdən  çıxmayın,  mən  inanıram  ki,  əgər  belə  olsa,  tez  bir  zamanda  həyatımız  öz  yoluna  düşər  siz  öz  gözəl  məqalələrinizlə,  bizdə  öz  gözəl  filmlərimizlə,  seriallarımızla  tamaşaçılarımızı sevindirəcəyik.

Təşəkkür  edirəm  və  Sizə  yen  işlərinizdə  uğurlar  arzu  edirəm.

Səidə  xanım Sizə  və  ONN İnformasiya  Agentliyinə  uğurlar  arzu  edirəm.  Təşəkkürlər.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png