ONN İnformasiya Agentliyi

Böyük qəlbli insan – İLKNUR KUYUCU

Böyük qəlbli insan – İLKNUR KUYUCU
27 Avqust 2019 - 10:30

Bursada (Türkiyə) fəaliyyət göstərən Egemen Kız Ve Erkek Öğrenci Yurdunun  müdiri İlknur  Kuyucu  ONN media –nın  həmsöhbəti  oldu.

Xaricdə təhsil almaq istəyən bir çox tələbələrin və onların ailələrini düşündürən məqam rahat, ən güvənli yurd yerini seçmək olur. Egemen yurdu tələbələrin güvənini necə qazanır?

– Birincisi, yurdumuz digər yataqxanaların standartlarından üstündür, korporativ şəxsiyyəti, geniş yaşayış sahələri və müasir idarəetmə anlayışı ilə tələbələrə ilk andan dinc və təhlükəsiz bir mühit təmin etmək əsas prinsiplərindən biri olaraq qəbul edilir.

Egemen yurdunda azərbaycandan olan tələbələr varmı?

– Egemen tələbə yurdunda hər  il  bir  çox  ölkədən  tələbə  qəbul etməkdəyik. Bu tələbələrin bir qisimi  azərbaycanlı  gənclərdən ibarətdir.

Tələblər hansı imkanlardan yararlana bilər?

– Öncəliklə  hər  tələbə  üçün  özünə  özəl  və  geniş  yaşayış sahələri  təqdim etməkdəyik. Güvənli, kefiyyət və  konforu  ön  planda  tutaraq  tələbələrimizin  öz  evlərindəki kimi  hiss  etmələrini  təmin  edirik. Bununla  yanaşı  yurdumuzda  7/24 güvənlik, istilik, isti su,  internet,  spor   salonu, camaşırxana təmin olunmaqdadır. Dairələrin  həftəlik təmizliyi və nəqliyyat vasitəsi xidmətimiz var.

Bu qədər izdiham və gənc bir kütləylə daima ünsiyyətdə olmaq necə bir duyğudur?

– Bəzən çox keyfli,  bəzən  çox çətindir (gülür). Tələbələr ailələrindən kilometrələrcə  uzaqlardan  yurdumuza  gəlirlər. Ehtiyacları  olan  ən  önəmli  şey  SEVGİDİR… Sevginin  olduğu  yerdə  dinclik,  dincliyin olduğu  yerdə  də  uğur var. Gənclərin enerjilərindən  və  sevgilərindən  qidalanmaq  çox  gözəl  bir  duyğudur. Çünki  gənclərə  nə  verirsinizsə onu  da alırsınız. Ailələrini çox  özlədikləri  zamanlar  ya  da  imtahan  dönəmində onlarla  çox  yaxşı  münasibət  qurmaq   lazım  gəlir.

Sizin yurtda qalan tələbələr sizi ana deyə çağırırlar. Onlara analıq etmək çətin deyilmi?

– Məni, anaları  kimi  görmələri  çox  xoşbəxt edir. Tələbələrimlə  münasibətlərim  içtən, isti  və  səmimi  olmasıyla  yanaşı  bir  o qədər də  məsafəlidir. Sizə  əmanət  edilmiş  yüzlərlə  gəncə  sahib  çıxmaq çətin  olduğu  qədər,  onlara  düzgün  rəhbərlik  edə  bilmək,  həyatlarına  toxuna  bilmək  və  müsbət  nəticələri  görə  bilmək  çox   yaxşıdır. Əslində  gördüyüm  işi  bir  növ  sosial  məsuliyyət  olaraq  görürəm. Mən  gənclərin həyatlarına  anlam  qatmaq  istədiyim  üçün  bu  sektorda çalışıram.

Tələbələrinizə vermək istədiyiniz ən mühüm məsləhət nədir?

– Hər zaman  dəyşikliyə  açıq,  yeniliyə  istəkli, müasir,  həm  akademik  həm  də yaşam  uğurlarını  artıra  bilmələri  üçün  tüm  canlılara  və  təbiətə hörmətli,  hər  zaman  sevgidən  və  uğurdan  yana  olmalarını həyatlarının  hər dönəmində  ədalətli və  bərabərlik  qanunyla  hərəkət  etmələrini  məsləhət  görərdim.

Çox  sağolun İlknur  xanım.

– ONN media İnformasiya Agentliyinə  və  sizə  təşəkkür edirəm. Sevgi ilə qalın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
Böyük qəlbli insan – İLKNUR KUYUCU
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png