ONN İnformasiya Agentliyi

Çində azərbaycanlılar virusa meydan oxuyur!

Çində azərbaycanlılar virusa meydan oxuyur!
02 Fevral 2020 - 8:55

Çinin Yivvu şəhərində yeddi ildir ki, yaşayan və  restoran sahibi olan vətəndaşımız Əli Bayramlı ONN İnformasiya Agentliyi ilə şəhərdə son vəziyyətlə  bağlı  məlumat  vermək  üçün əlaqə saxlamağa müəvvəq olub.

Ə.Bayramlı bildirir ki,  yaşadığı şəhərlə birlikdə iki şəhəri karantinə alıblar. İnsanların küçəyə çıxmaqları  məhdudlaşdırılıb, bununla  yanaşı  işlərdə  dayandırılıb və  şəhərə giriş-çıxışa icazə  verilmir. Buna  səbəb  Koronavirusunun  yayılmaması  üçün küçələrin  dərmanlanaraq    tədbirlərin  görülməsidir.

2003 –cü  ildə  hal-hazırdakı   vəziyyətin  yaşandığını  xatırladan Ə.Bayramlının  sözlərinə  görə,  yaxın vaxtlarda insanların  yenidən  iş  başında olacağını  ümid etdiyini bildirib.

Ə.Bayramlı bildirir ki, şəhərin küçələri demək olar ki, boşdur. İnsanlar zərurət yarandıqda küçələrə çıxır. Hərəkətdə olan nəqliyyat vasitələri patrullar tərəfindən tez-tez dayandırılır və insanların hərarəti ölçülür.

Lakin yayılan xəbərlərin əksəriyyətinin çox şişirdilərək dünya içtimaiyyətinin nəzərinə çatdırıldığını bildirən həmyerlimiz, vəziyyətin dövlətin nəzarəti altında olduğunu eyni zamanda artıq virusa qarşı  vaksinin  hazır  olduğunu da  nəzərə çatdırıb.

Ə.Bayramlı digər həmyerlilərimizlə əlaqədə olduğunu və Azərbaycan  Respublikasının  Çində  yerləşən  səfirliyi  ilə  əlaqə  saxladığını,  lakin  geri  dönmək  istəyinin  olmadığını, tez  bir  zamanda  həlli tapılacağına, virusa  yoluxan xəstlərin sağalacağına ümid etdiyini söyləyib.

Doğmalarının narahat olmamasını istəyən həmyerlimiz, bir  qurup  gənc azərbaycanlı dostları  ilə  əhval-ruhiyələrinin  yaxşı olduğunu  əks etdirən  videonu ONN vasitəsilə çatdırılmasınıda xahiş etdiyindən həmin videonu sizlərə  təqdim edirik.


Reportajı hazırladı: Səidə SEYİDOVA

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Çində azərbaycanlılar virusa meydan oxuyur!
Çində azərbaycanlılar virusa meydan oxuyur!
Çində azərbaycanlılar virusa meydan oxuyur!
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png