ONN İnformasiya Agentliyi

İyun ayında tikintiyə yenidən başlayacağıq – Hacı İbrahim AÇIQLADI

İyun ayında tikintiyə yenidən başlayacağıq – Hacı İbrahim AÇIQLADI
23 May 2018 - 0:01

Bir neçə il bundan əvvəl mediada böyük səs-küyə səbəb olmuş Hacı İbrahim Nehrəmlinin "Xəzər adaları" meqalayihəsi sonradan dayandırıldı. Qaradağ rayonunda dəniz kənarında tikilən "Xəzər Adaları" layihəsi tək Azərbyacanda deyil, dünya mediasında uzun zaman danışıldı, müzakirə olundu, hətta, bu proyektin ərsəyə gəlməsinin inandırıcı olmadığı da vurğulandı.

Amma layihənin müəllifi "Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli bununla bağlı açıqlamalar verərək bildirdi ki, tikintinin reallaşması üçün lazım olan bütün maliyyə və digər resursların hamısına sahibdir.

Bir müddət qızğın şəkildə tikintisi getsə də, sonradan başıbəlalı layihə ətrafında yenidən söz-söhbətlər gəzməyə başladı. Bu dəfə isə mətbuatda Hacı İbrahimin tikintidə çalışan fəhlələrin əmək haqqlarını vermədiyi məlumatı geniş əksini tapdı. Bundan sonra da tikinti əvvəlki kimi sürətli yox, fasilələlərlə aparılmağa başladı ki, bu da sonda layihənin dayandırılması ilə nəticələndi. 

Cebhe.info xəbər verir ki, bu yaxınlarda isə Hacı İbrahim Nehrəmlinin sözügedən ərazidə "parnik" yaratdığı və xiyar-pomidor əkdirdiyi məlumatı yayılıb.

Bəs görəsən bu qədər ümid bəslənən, maliyyə vəsaitləri ayrılan "Xəzər adaları" layihəsində tikinti niyə dayandırıldı?

Layihənin dayandırılma səbəbini açıqlamaq istəməsə də H.İ.Nehrəmli Cebhe.info-ya bildirdi ki, ən qısa zamanda tikinti yenidən başlayacaq. 

O, qeyd etdi ki, bununla bağlı danışıqlar aparılır, hətta bir xarici şirkətlə də memorondum imzalanıb. 

Sözügedən ərazidə "parnik"in yaradılması məsələsinə də toxunan H.İ.Nehrəmli bunun əsassız olduğunu qeyd etdi: 

"İyun ayında tikintiyə yenidən başlayacağıq. Bütün bunlarla bağlı mediaya məlumat veriləcək. İndidən konkret nəsə deyib, sonra yalançı olmaq istəmirəm. Amma danışıqlar gedir və nəticə də olacaq. "Parnik" məsələsinə gəlincə, dəniz üzərində xiyar-pomidor yetişdirmək olar sizcə?. Ona görə də belə məlumatlara inanmayın". 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png