ONN İnformasiya Agentliyi

Rusiyanın Ermənistanla planı əslində budur?

Rusiyanın Ermənistanla planı əslində budur?
11 Dekabr 2022 - 10:50

ABŞ-ın “Qulf” Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasikin müsahibəsi:

– Ermənistana hər zaman silahları Rusiya verib. Bu baxımdan İranın son aylar Ermənistana raketlər hədiyyə etməsini Rusiyanın təsiri altında olan ölkəyə və silah bazarına müdaxilə saymaq mümkündürmü?

– Məncə, Ermənistana silahların çatdırılması silah bazarı dinamikasının təbii gedişatıdır. Kreml bu cür hadisələri hazırda müdaxilə kimi görmür, əksinə, Türkiyə və Azərbaycan tandeminə qarşı müvəqqəti ehtiyat planı kimi nəzərdən keçirir. Hazırda bölgədəki dinamika, hadisələrin dəyişməsi yüksək həddədir və region ciddi informasiya müharibəsinə məruz qalır, ona görə də siyasi analitiklərin hər biri diqqətli davranmalı və təməl ünsürləri daha yaxşı bilməlidir.

– Başqa bir iddia da var ki, İran bu raketləri Ermənistan vasitəsilə Rusiyaya göndərir. Ermənistan İran və Rusiya üçün keçid yolu ola bilərmi? Bu halda Rusiya İran raketlərini Ukraynaya qarşı istifadə edəcək. Qərb bu məsələyə nəzarət etmək üçün nəsə edirmi? Bu iddia reallaşarsa, İran yeni sanksiyalarla üzləşə bilərmi? Bəs Ermənistan necə, bu sanksiyalardan pay alacaqmı?

– Raketlərin göndərilməsi və onlardan istifadə edilməsi üç fərqli hərəkətdir. Belə bir arqument irəli sürmək olar: əvvəla, raketlərin Rusiyaya ötürülməsi məsələsi. Bu fəaliyyətin real sübutu olmalıdır.

Digər məsələ isə İrandan alınan başqa raketlərin (İranın Ermənistana hədiyyə etdiyi deyil, Rusiyanın İrandan almaq istədiyi haqda məlumatlar gəzən uzaqmənzilli raketlərdən söhbət gedir – red.) birbaşa Ermənistandan buraxılmasıdır. Rusiya həmişə öz raketlərinin bir hissəsini Xəzər dənizindən buraxır, Ukraynanın istifadə etdiyi dronlar isə artıq bu raketləri vura bilir. Mümkündür ki, Moskva raketlərin buraxılma mərkəzlərini yenidən təyin etməli olsun.

Buna baxmayaraq, Ermənistandan (xüsusilə, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından – red.) raket atmaq çox mürəkkəb məsələ olardı və hazırda qətiyyən məqsədəuyğun deyil, çünki bu, Ermənistanı Qərbin cavab tədbirləri üçün açmaq deməkdir.axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png