ONN İnformasiya Agentliyi

Türkay Cəfərli: “Mənim həyatımda görmək istədiyim qadın obrazı…”

Türkay Cəfərli: “Mənim həyatımda görmək istədiyim qadın obrazı…”
02 İyun 2018 - 13:31

Türkay Cəfərli 05.11.1990-cı ildə anadan olub. Ali təhsilini Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin teatr və kino aktyorluğu fakultəsində alan Türkay Cəfərlinin universiteti bitirdikdən sonra qazandıqları uğurları saymaqla bitməz. Türkay Cəfərli “ Lal yuxu”, “ Son iclas” və s kinolarda mənfi və mübət rolları canlandıraraq yaratdığı obrazı tamaşaçılarına sevdirmişdir. Gənc aktyor ONN media-nın həmsöhbəti oldu.

 

 Türkay Cəfərli kimdir?

  • Türkay Cəfərli  eqolu, özünü sevən,yaxsi olmaga calişan və ən əsası aktyor olmağa çalışan bir şəxsdir.

Türkay Cəfərlini aktyor edən səbəb nədir?

  • Uşaq vaxtından içimdə inanılmaz həvəs var idi aktyorluğa. Bunun ən böyük səbəkarı isə Rasim Balayevdir. Mən onun filmləri ilə böyümüşəm. O insanın mənə ötürdüyü enerji məni aktyor olmağa vadar etdi. Bu sənətə gəlməyimdə onun da xəbəri olmadan onun rolu böyükdür. Lakin içimdəki yanğı isə çox böyükdür.

Özünüzdə bu qabiliyyətin olduğunu necə hiss etdiniz?

  • Mən əvvəl muğam ifaçılığı ilə başlamışam. Zaman keçdikcə içimdəki hərəkətlilik filmlərə çəkilmək arzusu məni bu haqda düşünməyə vadar etdi. Sonra niyədə olmasın? deyə düşündüm və ilk addımı atdım.

Aktyorluğa ilk addımınız nə olub?

  • Mənim bir xarakterim var. Işə görə kiməsə ağiz açmaği sevmirəm. Universitetə daxil olduqdan sonra isə fəaliyyətim başladı. Çəkilişlər, teatrlar başladı. Artıq özümdə dəyişiklik hiss edirdim.

Azərbaycan və ya dünya aktyorlarından özünüzə ideal seçib onun yolu ilə getmək istədiyiniz biri var?

  • Əlbəttə.. Xarici aktyorlardan Madd Damın, Anthony Hopkins, Denzel Washington Azərbaycan aktyorlarından en çox sevdiklərim Rasim Balayev, Həsənağa Turabov və s. Aktyor ilk öncə şəxsiyyət olmalıdır. Mən isə bu şəxslərdə onu gördüyüm üçün onların yeri mənim üçün əvəzedilməzdir.

Türkay Cəfərli həyatda uğurunu necə qazanır?

  • Çox çətin.. Mən çox realist insanam. Lakin buna baxmayaraq çox şükür uğurlarımız günü-gündən artır.

Oynadığınız rollar içərisində sizin xarakterinizə yaxın rol hansı olub?

  • Heç biri..(gülür). Mən əslində dəyişkən insanam. Əslində mənə deyirlərki sənin xarakterin “ Lal yuxu” serialında Ayxan obrazına bənzəyir. Lakin mən belə düşünürəmki  bəzi məqamlarda Ayxan kimi ola bilir bəzi məqamlarda isə qətiyyən..

Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədər çəkildiyiniz “ Son iclas” filmi ilə bağlı təəsuratlarınız necədir?

  • O film də bizim üçün çox uğurlu oldu. Hərkəs deyirki siz sözün yaxşı mənasında tarixdə düçdünüz. Mən ümumiyyətlə tarixi filmlərdə olan rolları sevirəm. Düzdür bu filmdə mənə mənfi obraz uyğun görüldü ama mənfi obrazları sevirəm mənə elə gəlir ki, mənfi obrazı yaratmaq müsbət obrazı yaratmaqdan daha çətindir. Yəni o nifrəti insanlarda yaratmaq çox çətindir.

Oynadığınız obrazlar arasında ən çətin obraz hansı olub?

  • Oynadığım obrazlar arasında mənə ən çətin gələn obraz “Xənnas” filmində oynadığım obrazdır. Çəkilişimiz çətin şəraitdə oldu. Çəkilişlər Şəkidə oldu, 2 ay davam etdi həm hava şəraitinin soyuq olması həmdə şərait çətinliyi bəlkə də buna səbəbdir. Digər bir tərəfdəndə canlandırdığım obraz mənə çətin gəlmişdi. Lakin işin sonunda hərşeyin yaxşı olduğunu görüb işindən həzz alırsan. Ən çətin obrazımda o idi, ən çox zövq aldığım obrazda..

İctimaiyyət tərəfindən sizə qarşı qınaq var?

  • Təbii ki.. həmdə çoxdur. Ən çox “ Lal yuxu” filmindəki Ayxan obrazında bu məsələ ilə qarşılaşdım. Filmdən anlayışı olan şəxslər bu sənətin içərisində olan şəxslər oynadığım rolun necə alındığına baxır. Lakin normal insanlar isə rola. Buna görə də çox qınaq sahibiyəm.. Düzdü bunun mənə müsbət tərəfdən xeyri çoxdur. Deməli bu o deməkdir ki, mən rolumun öhdəsindən gələ bilmişəm, o nifrəti qazanmışam..

Türkay Cəfərli olmaq istədiyi yerdədir?

  • Xeyr.. Mövcud şərait yaxşı deyil. Hal-hazırda hərkəs özünə aktyor deyir. 1 ay kurs keçib kursu bitirənlər aktyor olduğunu dilə gətirir. Əgər təklif gəlsə işimi hansısa xarici ölkələrdə davam etdirərəm..

Akyor olmasaydınız başqa hansı istiqamətə yönələrdiniz?

  • Əslində mənim aktyorluqdan başqada sahələrə marağım olub. Uşaq vaxtlarımdan aktyorluqla yanaşı futbolçu, pilott tarixçi olmağıda istəmişəm. Əgər həyata yenidən gəlsəydim mənim üçün seçim qoyulsaydı mən yenə aktyorluğu seçərdim.

Gələk günün sualına bildiyimiz qədəri ilə ailəli deyilsiniz. Sizin üçün möhtəşəm qadın obrazı necədir?

  • Bəli ailəli deyiləm. (gülür)  Mənə görə qadın şarmlı olmalıdır. Mən görünüşə, gözəlliyə çox önəm verirəm. Bu o demək deyil ki, sarışın olsun ya qaraşın xeyr.. Mən çox dəyişkən insanam. Mənim gələcək həyatımda olacaq qadın mehriban olmalıdır, məni özünə hər gün daha çox heyran etməlidir. Mən tez bezən insanam. O qadın mənə darıxmaq hissini yaşatmalıdır öz istəyi ilə.

Sonda sizi sevənlərə nə demək istəyərsiniz?

  • Mən demək istəyirəm ki, məni ilk öncə insan sonra isə aktyor kimi sevsinlər. Yəni serialdan-seriala yada filmdən filmə yox..Əgər məni sevirlərsə sevməyə davam etsinlər. Məni həqiqətən sevən insanlara təşəkkürümü bildirirəm. Çünki onların sevgisi, səmimiyyəti, verdiyi stimul olmasaydı mən indi bu yerdə olmazdım. İşlərimiz yaxşı gedərsə yeni layihələrlə bizi sevənlərin qarşısına çıxmaqda davam edəcəyik.

Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün çox sağolun Türkay bəy.

  • Siz sağolun Fəridə xanım bizi axtarırsınız, bizimlə həmsöhbət olursunuz. ONN media-ya yaratdığı şəraitə görə təşəkkürümü bildirirəm..
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png