Yavər Hüseynov: Arpaçay Karate klubu Vətənpərvərliyi təbliğ etməklə seçilir (MÜSAHİBƏ)

Arpaçay Karate klubunun prezidenti , Milli Karate Federasiyasının Naxçıvan MR nümayəndəsi, Əməkdar Fəxri məşqçi, idman ustası və 4 -cü  qara kəmər ustası  Yavər Hüseynovun ONN media –ya verdiyi  müsahibəni  oxuculara təqdim edirik.

Ölkəmizin karate üzrə aparıcı klublarından olan Arpaçay Karate klubu 2020-ci ildə yeni-yeni uğurlar əldə etmək üçün növbəti turnir və yarışlara hazırlıq işləri həyata keçirir. Növbəti  keçiriləcək turnirlər  barədə  məlumat vermənizi istərdik…

Bildiyiniz kimi, Arpaçay Karate klubu 2015 -ci ildə yaranıb. Yaranan gündən də  Azərbaycanın öndə gedən klublarından biri olub. Əsasəndə  Vətənpərvərliyi təbliğ etməklə, şəhidlərimizin xatirəsinə beynəlxalq yarışlar keçirilməsi ilə daha çox seçilir. Son yarışımızda 5-ci Arpaçay Open 2020 -ci ilin 17-19 yanvar şəhidlərimizin xatirəsinə həsr olunmuş beynəlxalq turner keçirilmişdi. Həmin yarışda 20 –yə yaxın ölkədən 1500 –dən artıq idmançı iştirak etmişdi. Pandemiya ilə bağlı bildiyimiz kimi yarışların keçirilməsinə hələ ki, icazə verilmir. Amma buna baxmayaraq  qarşıdakı aylarda böyük  yarışların keçirilməsi ilə bağlı fikirlərimiz var. Hal-hazırda Azərbaycan Milli Karate Federasiyası ilə birgə əməkdaşlıq edirik, böyük layihələr həyata  keçiririk.

 

Ölkə idmanındakı vəziyyəti necə qiymətləndirirsiniz?

Pandemiya ilə bağlı bilirsiz ki, bütün idman zalları fəaliyyəti dayandırıb. Tək biz yox bütün dünyada bu vəziyyət davam edir. Pandemiyaya qədər  Federasiyamız ve klubumuzda kifayət qədər uğurlarımız bol olub. Hal-hazırda Azərbaycan Milli Karate Federasiyasında yığma komandanın Arpaçay Karate klubunun 15-ə yaxın idmançısı var.

Pandemiya  idmançıların  hazırlıqlarına  mənfi  təsir  göstərə  bilibmi?

Bəli,  bütün dünyada olduğu kimi, Azərbaycanda da İdman sahəsinə  böyük təsiri olmuşdur. 3 aydan artıqdır ki, idman zalları fəaliyyətini bağlayıb. Ümid edirik ki, yaxın zamanlarda idman zallarımız  fəaliyyətə başlayar,  yenidən idmançılarımızın beynəlxalq arenalarda Azərbaycanımızın bayrağını dalğalandırmasını səbirsizliklə gözləyirik.

 Məşqlərinizdə nə kimi dəyişikliklər var?

Hal-hazırda  klubumuzun məşqçiləri və idarə heyyətinin yaxın zamanlarda iclasının keçirilməsi gözlənilir.  Və həmin iclasda klubumuzda böyük dəyişikliklər və yeni məşqçilərin təyinatı olunacağı gözlənilir.

 Qadınlar arasında bu idman  növünə  maraq  daha  çoxdurmu?

Karate dünyada papulyar idman növü olduğu üçün  dünyanın 200 –dən artıq ölkəsində  karate ilə məşğul olan insanlar çoxdu onlar arasında kifayət qədə xanımlarda yer alır. İstər dünyada, istər Azerbaycanda kifayət qədər xanımlar bu idman növü ilə məşğul olurlar . Klubumuzda kifayət qədər qız idmançılarımız var.

Karateyə kiçik yaşlardan başlamaq önəmlidirmi yoxsa istənilən yaş qrupu həvəskar olaraq bu idman növünə  başlaya  bilərmi?

Kiçik yaşlardan başlamaq daha  yaxşıdır. Lakin idmanla həvəskar kimi  məşqul  olmaq üçün heç  zaman  gec  deyil.

Təşəkkür  edirəm.

Sizə  və  ONN İnformasiya  Agentliyinə  öz  təşəkkürümü  bildirirəm. Sevgi  ilə  qalın.

Səidə Seyidova