“Apple” şirkətinin iki vitse-prezidenti istefaya gedir

“Apple” şirkətinin iki vitse-prezidenti istefaya gedir. ONN media xəbər verir ki, istehsalat dizaynı üzrə vitse-prezident Nik Forlenza təqaüdə çıxdığı halda, əməliyyatlar üzrə vitse-prezident Duko Pasmuicin şirkəti tərk etməsi üçün hazırda müzakirələr aparılır. D.Pasmuic uzun illərdir şirkətdə "iPhone" smartfonunun istehsalını təşkil etməklə məşğuldur. Şirkətdən hər iki şəxsin istefası ilə bağlı şərh verilməyib.(report)