ÜST-dən Azərbaycan xalqına: Özünüzlə fəxr etməlisiniz...

ÜST-dən Azərbaycan xalqına: Özünüzlə fəxr etməlisiniz...

"Siz gördüyünüz işlərə görə özünüzlə fəxr etməlisiniz". ONN media bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycan xalqına koronavirusla bağlı tövsiyələrini çatdırarkən deyib. “Baxmayaraq ki, ağırdır, çətindir. Hamımız eyni dünyada yaşayırıq. Tədbirləri davam etdirin”, - o bildirib. Marqaret Harris həmçinin Azərbaycanda xüsusi karantin rejiminin aprelin 20-dən mayın 4-dək uzadılmasına münasibət bildirib: “Hər bir ölkə səhiyyə sisteminə vaxt qazandıra bilmək üçün karantin rejiminin müddətini uzadır və “evdə qal” kampaniyasını davam etdirir. Eyni zamanda digər tədbirlər də görür”. ÜST rəsmisi bildirib ki, vacib məsələlərdən biri potensial virus daşıyıcılarının hər birini müayinədən keçirmək və onları karantinə götürməkdir: “Virus daşıyıcıları ilə təmasda olan şəxslər də karantinə götürülməli, cəmiyyətdən təcrid olunmalıdır. Əgər bunları etsəniz, ölkənizdə yoluxmanın qarşısını ala və pandemiyanı dayandıra bilərsiniz. Əlbəttə, demək asandır, tətbiq etmək çətin. Məhz buna görə bütün cəmiyyətlər virusun yayılmasının qarşısını almaq məqsədi ilə birgə fəaliyyət göstərir və çətin dövrdən keçdiklərini qəbul edirlər”. / Report

Geri qayıt