Ermənistanda 754 nəfər bu səbəbdən öldü

Ermənistanda son sutka ərzində 209 nəfər koronavirusa yoluxub. ONN media xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 39 min 50-yə çatıb. Ölənlərin sayı 5 nəfər artaraq 754-ə yüksəlib. Bu günədək 29 min 750 nəfər xəstəlikdən sağalıb. Hazırda Ermənistanda 8 min 546 aktiv koronavirus xəstəsi var.