AUE Rusiyada qadağan edildi
Rusiya Ali Məhkəməsi AUE (Məhbəs yolu birdir) kriminal hərəkatını ekstremist təşkilat kimi tanıyıb. ONN media xəbər verir ki, bu məlumatı Ali Məhkəmənin mətbuat xidməti yayıb. Məhkəmənin qərarına əsasən, bundan sonra AUE-yə hansısa bağlılıq ekstremizm kimi dəyərləndiriləcək. AUE yaxşı strukturlaşmış və idarəolunan təşkilat sayılıb, onun kütləvi iğtişaşların təşkilində iştirak etdiyi vurğulanıb. Qeyd edək ki, təşkilatın qadağan olunması üçün Ali Məhkəməyə Baş prokuror İqor Krasnov müraciət edib.(axar.az)
