Dahi yazıçıdan məsləhətlər

Dahi yazıçıdan məsləhətlər


Biz yaşamaq sənəti barədə Tolstoyun "Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub. Lakin Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var.

1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu.

"Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım, - yazırdı Tolstoy, - Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...

Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?

 

Düşüncənizi açıq saxlayın

 

Tolstoyun ən böyük istedadlarından biri də onun yeni təcrübələr əsasında öz düşüncəsini dəyişmək bacarığı və istəyi idi. 1850-ci illərdə Krım müharibəsində gördüyü qanlı qətliam onu ömürlük passifistə çevirmişdi. 1857-ci ildə Parisdə qilyotinlə edamı seyr etmiş yazıçı kəsilib aşağıdakı qutuya düşən başın guppultusunu heç vaxt unuda bilməmişdi. O dövlət və onun qanunlarının qatı opponentinə çevrilmişdi. O inanmağa başlamışdı ki, hökumətlər nəinki qəddardırlar, üstəlik onlar həm də varlı və qüdrətlilərin maraqlarına xidmət edirlər. "Dövlət qəsddir – yazırdı Tolstoy bir dostuna, - odur ki, mən heç yerdə heç bir hökumətə qulluq etmərəm”. Əslində Tolstoy anarxist olmağın yoluna düşmüşdü. Sağ olsaydı, o, bizi içində böyüdüyümüz təməl inancları və ehkamları sual etməyə ürəkləndirərdi.

<

Geri qayıt