Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr
Azərbaycan vətəndaşlarının 2018-ci ildə vizasız gedəcəyi ölkələrin siyahısı açıqlanıb.
ONN media Oxu.az-a istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 29 ölkəyə getməsinə viza tələb olunmur.
Bunlara Albaniya, Baham adaları, Barbados, Belarus, Haiti, Gürcüstan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kolumbiya, Makedoniya, Malaziya, Moldova, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan, Monteneqro, Ekvador və sair ölkələr daxildir.
Azərbaycan vətəndaşları 32 ölkəyə daxil olarkən viza alırlar. Bu dövlətlər Banqladeş, Laos, Madaqaskar, Maldiv adaları, Nepal, İordaniya, Zimbabve və sairdir.
Ölkə vətəndaşlarının vizasız getdiyi, eləcə də ərazisinə daxil olarkən viza aldıqları dövlətlərin siyahısı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz:
