Hayların Ön Qafqazda rus imperiya tarixi – “Arsak/Artsax” toponiminin etnomənsubiyyəti

Son vaxtlar orta məktəblərin tarix dərsliklərində və sosial şəbəkələrdə Arsak sözünün etnomənşəyi ilə əlaqədar gedən mübahisə və müzakirələr ictimai fikirdə çaşqınlıq yaradıb. Təqdirəlayiq haldır ki, elmi ictimaiyyətimiz də məsələyə biganə qalmayıb, internet portallarında və sosial şəbəkələrdə fəal müzakirəyə qoşulub. Amma çox az adama məlumdur ki, Turan Araşdırma Mərkəzi İB-nin  sədri, professor Əjdər İsmayılov hələ 2006-cı ildə “Qədim Ön Asiya Qafqaz Türk Tayfaları” kitabında bu barədə geniş və sanballı tədqiqat işini təkzibedilməz faktlarla təqdim edib.

Eyni zamanda xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində Putinin rəhbərliyi altında keçirilən növbəti “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında məlum bəyanatlndan sonra professor Əjdər İsmayılov xüsusi yazı ilə çıxış etmişdir.

“Hayların Ön Qafqazda rus imperiya tarixi- “Arsak/Artsax” toponiminin etnomənsubiyyəti” – adı altında gedən yazı o vaxt müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub.

Mövzunun aktuallığını nəzərə alaraq həmin yazını olduğu kimi oxuculara yenidən təqdim edirik.

Bu yaxınlarda Soçidə Putinin rəhbərliyi altında keçirilən növbəti sonugörünməz, sürüşkən “Lavrov layihəsi”nin “BARIŞ” toplantısında arxasında dayanan gücdən qüvvət alan xalqların tarixindən xəbərsiz olan savadsız, cahil Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” təcavüzkar bəyanatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə, əminliklə “Qarabağ Azərbaycandır, NİDA” verdiyi cavabın arxasında aşağıda qısa xatırladacağımız ümumtürk tarixi dayanırdı.

N.Adons: “Artsax həmişə erməni nüfuz  dairəsindən kənarda      olmuşdur.”

   N.O.Emin: “Qarabağ heç zaman erməni mədəniyyətinin        

                           mərkəzinə çevrilməmişdi”

Klassik saxtakarlar olan erməni tarixçilərinin fantastik uydurmalarından başqa, özlərini bəzən “hay”, bəzən “armyan” adlandıran, bizim “erməni” (bizə babadan qalma: “Suya düşən itlə yağışa düşən erməninin fərqi yoxdur!” kəlamı nəsildən-nəslə yaşayır) adlandırdığımız xalqın etnokimliyi barədə bu günə kimi, qədim qaynaqlarda, mötəbər mənbələrdə elmin qəbul edəcəyi kiçicik bir fakta, adi bir işarəyə belə rast gəlinməmişdir. Bu barədə tarix elminin üç riyazi əməlinin – etnoarxeoloji, etnoantropoloji və etnolinqvistik ədəbiyyatının susması da səbəbsiz deyildir. 30 ildən artıq zaman ərzində fasiləsiz olaraq, erməni anonim keşiş müəlliflərin və onların saxta tarixçi varislərinin “Böyük Armeniya” mifi, “qədim erməni yazısı” və başqa fantastik uydurmaları ətrafında tarix və tarixilik kontekstində apardığımız araşdırmalarda gəldiyimiz son nəticəni özünəməxsus bir yanaşma ilə təsdiq edən ifrat türk düşməni olan görkəmli erməni alimi Manuk Abeqyanın söylədiyi aşağıdakı fikir müstəsna elmi dəyərə malikdir. O, yazır: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o buraya (Kiçik Asiyaya – Ə.T.) gəlib, armyan olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə və etnik tərkibinə kim necə təsir göstərib? Bu amilləri və armyanların kimliyini sübut etmək üçün əlimizdə dəyərli, dəqiq və aydın dəlillər yoxdur.”

Manuk Abeqyanın açıq-aydın şəkildə verdiyi şərh sübut edir ki, “erməni tarixinin atası” hesab etdikləri anonim keşiş Moisey Xorenatsi ilə başlanan saxta ənənənin davamı olaraq, bu günə kimi yazılan “Armeniya tarixi” kitablarının üz qabığı – cildi əgər çıxarılarsa, onların içərisində ümumtürk mifoloji və filoloji tarixindən başqa, çağdaş erməni xalqının etnotarixi, etnoyazısı barəsində elmi tarixin təsdiq edəcəyi bircə cümləyə də rast gəlinməz. Təsadüfi deyildir ki, akademik N.Y. Marr kimi dünyaşöhrətli bir alim yazırdı: “Erməni xalqı kimi, erməni dili də hibrid dildir!”

Əlbəttə, bir xalqın ki, milli soykökü olmaya, “erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi də, “erməni əlifbasının banisi” adlandırdıqları Mesrop Maştos da anonim keşiş ola, o xalqın “qədim tarixi”ndən danışmaq elm deyil, erməni boşboğazlığıdır, cəfəngiyyatdır, müalicəsiz “erməni xəstəliyi”dir!!!

Ermənilər tarixən güclüyə  nökər və qul olmaqda, xəbislikdə və riyakarlıqda dünya xalqları arasında elə fərqlənən əhalidir ki, qədim ümumtürk tarixinin üç epoxasına (“Biaini çarlığı”, “Arme çarlığı” və “Part çarlığı”) aid olan zəngin mədəniyyəti, qədim tarixi göz görə-görə kimsənin ağlına gəlməyən müdhiş saxtakarlıqla “Böyük Armeniya” adıyla öz adlarına çıxmaqdan heç zaman çəkinməmişlər, çəkinmirlər və çəkinməyəcəklər də. Səbəb? – Çünki onların bəşər tarixində nə bir qarış torpaqları, nə etnoeponimləri, nə etnomifoloji, nə də real etnotarixləri olmuşdur. Bu təkzibedilməz faktdır. Ancaq rusların Azərbaycan türklərinin qədim torpaqlarını işğal etdikdən sonra yaranmış yeni siyasi şərait yarıdilənçi ermənilərə ilk tarixi qapı açmış oldu.

1828-ci ildə qanlı rus süngüsü ilə məğlub tərəfə (qədim Azərbaycan coğrafiyasının cənub hissəsinin xilası naminə Qacarların son varisi olan şahzadə Abbas Mirzəyə) imza atdırılmış “Türkmənçay” irtica müqaviləsindən sonra rus imperatorluğu bir anadan, bir atadan doğulmuş Azərbaycan türklərinin iki qədim dövlətini – Arazın o sahilində “Atarpaten” (yunan ədəbiyyatında “Atropaten”. m.ö.IV-m.s.VII əsr, bu sahilində  “Ön Qafqaz Oğuz Albaniyası” (m.ö.IV-m.s.VII əsr) dövlətini – qədim Vahid Azərbaycanı qəddarcasına parçaladı.

Bu qanlı hadisədən sonra çar İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi, imperiyanın tərkibində ikillik (1828-30-cu illər) “Müvəqqəti armyan vilayəti” yaratdı. Rusların beş ölkədə (Livan, Suriya, İraq, Türkiyə və İranda) tarixən ailə şəklində günəmuzd həyat şəraitində yaşamış yarıdilənçi erməni ailələrini keşişlərin əli ilə toplayıb, ilk köçünü İrəvan xanlığında – Ön Qafqaz Oğuz Albaniyasının qərb ərazisində yerləşdirdilər. Bu münasibətlə general İ.F. Paskeviç I Nikolaya yazırdı: “…Zati-aliləri!” Armeniya Vilayəti”nin yaradılması h ə l ə l i k (kursiv bizimdir – Ə.T.) Azərbaycan torpaqlarını ikiyə bölmüş olur və Osmanlı Türkiyəsinə qarşı bir poliqon bölgəsinin meydana gəlməsinə şərait yaradır. Bu olduqca vacib şərtdir.”

Ç.Kirokosyanın “Armyan Vilayəti”nin timsalında tarixən iç-içə, divar-divara yaşayan, bir ananın, bir atanın köynəyindən çıxmış qanı bir, dili bir, dini inancı bir olan əkiz qardaşın bağrına rusların qəddarcasına çaldığı “paz”a aşağıda verdiyi qiymət çağdaş rus-erməni siyasətinin tarixini olduğu kimi aşkara qoymuş olur.O, yazırdı: “Zaqafqaziya və Azərbaycan tatarlarını Kiçik Asiya türklərindən ayıran erməni xalqı türk tayfasının bədəninə çaxılmış bir pazdır. Biz bu pazın aradan götürülməsinə və onun yerinə bizə yağı kimi baxan bütöv müsəlman toplumunun ortaya çıxmasına yol verə bilmərik. Buna görə də bizim siyasətin məqsədi Türkiyə Armeniyasında (keşiş baban M.Xorenatsini oxu, ümumtürk tarixindən başqa, bircə cümlədən ibarət etnotarixi fakt göstər – Ə.T.) elə bir siyasi quruluş yaratmaq lazımdır ki, erməni xalqına dinc inkişaf etmək imkanı versin.”

C.Kirokosyanın bəyanatı Osmanlı və Azərbaycan türklərinə qarşı Ön Qafqazda rus-erməni “xristian qardaşları” birliyinin tarixindən xəbər verir. Bu bəyanat rəsmi olaraq sübut edir ki, Azərbaycan türklərinin qədim torpaqlarını işğal edən də, Qafqazda “xristian qardaşları” dayağı yaratmaq məqsədilə bu gün özlərini həyasızcasına “yerli əhali” kimi dünya ictimaiyyətinə sırımağa çalışan köçkün ermənilərə türk torpaqlarında “tarixi vətən” təşkil edən də, saxta “Artsax” iddiası ilə Qarabağda qanlı tarix yazan da işğalçı ruslardır. Bu həqiqəti Moskvanın özü etiraf etdi.

Keçən illərdə erməni ailəsini rus əsgəri öz silahı ilə son nəfərinədək güllələdi, məhv etdi. Xalq İrəvanın meydanında rusların bayrağını yandırdı. Moskva televiziyasında siyasət adamları, dövlət xadimləri hədələrlə “etibarsız” “xristian qardaşları”na köçkün həyatlarını xatırladaraq, onlara Azərbaycan türklərinin torpaqlarında “Ermənistan” dövlətini yaratdıqlarını, Qarabağı işğal edib, “Artsax” adında ikinci dövlət təşkil etdiklərini dünya ictimaiyyətinə çəkinmədən, hündürdən dəfələrlə “qürurla” bəyan etdilər.

Türkün əbədi düşməni olan Kremlin daşnak-bolşevik güruhuna söykənən siyasət dəlalları Ön Qafqaza köç tarixləri məlum olsa da, köçkün “xristian qardaşları”na “qədim yerli əhali” tarixi yazmaq üçün heç bir maddi sübuta söykənmədən yetmiş il fantastik “Böyük Armeniya” mifi zəminində cild-cild saxta kitablar yazdılar, “Ararat”, “Naxçıvan” və “Arsak” iddialarını zəhərli ideoloji silaha çevirdilər.

Mövzunun tələbindən kənara çıxmamaq üçün yuxarıda qısaca söylədiklərimiz sübut edir ki, rusların XIX əsrin əvvəllərində İrəvan yaylasında yerləşdirdiyi ermənilərin çağdaş nəslinin  etnomənşəyi ümumtürk tarixinin ən qədim dövrünü yaşadan “Arsak” (“Artsax”) toponimi ətrafında hay-küy qaldırması özləri qədər saxtadır. Çünki ermənilərin növbəti rus imperatorunun – Bakıda tökdüyü türk-müsəlman qanını içə-içə qarşısıalınmaz yırtıcıya çevrilmiş Xallı Köpək M.S.Qorbaçovun birbaşa rəhbərliyi altında 1990-cı illərdə işğalçı imperiyanın hərbi texnikasının və canlı qüvvəsinin yazdığı “Qarabağın qanlı tarixi” sübut edir ki, bu illərdə meydana çıxan “erməni Artsax”ı iddiaları tarixdə görünməyən müdhiş türk soyqırımı siyasətində rus-erməni vəhşiliyini gizlətmək üçün uydurulmuşdu. Bu kontekstdən “Arsak” (“Artsax”) toponiminin etnotarixinə qısaca nəzər yetirsək, o zaman aydın olacaq ki, ruslar yarıdilənçi erməni köçkünlərini bəhanə edərək, XIX əsrin əvvəllərində İrəvan yaylasında “Armeniya” adında dövlət yaratdıqları kimi, XX əsrdə də Qarabağda “Artsax” namında imperiyanın tərkibində ikinci rus dövləti yaratmağa israrlıdırlar. Kremlin Azərbaycan türklərinə qarşı 20 ildən artıq müddətdə apardığı “barış”, “dostluq” və “qardaşlıq” siyasətinin səmimi olmaması da bunu sübut edir.

Arsak etnomənşəcə kimdir?

Qısaca gətirəcəyimiz tarixi faktlar suala aydın cavab verəcəkdir.

Tarix xəbər verir ki, Makedoniyalı Aleksandr m.ö.331-cı ildə Qavqamel yaxınlığında III Daraya (m.ö.336-330) qəti qələbə çaldı və Persepolu atəşə verərək, Maday imperiyasının Pers-Əhəməni sülaləsinin (m.ö.550-330) səltənətinə son qoydu.

Bundan sonra yunanlı fateh qarşısıalınmaz ildırım sürətilə Orta Asiyaya yürüşə başladı. O,Turan çöllərinin dərinliklərinə doğru istiqamət alanda burada ayrı-ayrı adlar altında məskən salmış saysız qohum türk tayfaları vahid hərbi ittifaqda birləşərək istilaçı yunan ordusunun qarşısını kəsdilər və düşməni üzünü Hindistan torpaqlarına doğru istiqamət almağa məcbur etdilər.

Makedoniyalı Aleksandr “Böyük Şərq” yürüşündən m.ö. 324-cü ilin mart ayında Hindistandan Babilə qayıtdı. Böyük fateh “Maday imperiyası”nın indiki Orta Asiyanın cənubundan başlayaraq, Ön Asiyanı və Ön Qafqazı əhatə edən coğrafiyanı “Böyük Maday” və “Kiçik Maday” adı ilə iki nəhəng inzibati bölgəyə ayırdı.

“Böyük Maday” coğrafiyasında fatehin yavəri, görkəmli sərkərdə Selevkin şərəfinə 300 illik “yunan Selevk” imperiyasının əsası qoyuldu.

Makedoniyalı Aleksandr Yekbatandan başlayaraq, tarixi yürüşdə onunla çiyin-çiyinə Maday-Alban ordusunun komandanı kimi sədaqətlə iştirak etmiş cəsur döyüşçü, müdrik dövlət adamı babamız Atarpatı m.ö. IV əsrin 20-ci ilinin sonunda “Kiçik Maday”a hökmdar təyin etdi və onun sülaləsinə “çarlıq” titulu verdi. Sonralar ölkə babamız çar Atarpatın şərəfinə “Atarpaten” adıyla   Azərbaycan türklərinin ən qədim dövr tarixində qan yaddaşına çevrilmiş oldu.

Yunanlı fateh m.ö.323-cü ilin baharında ağır xəstəlikdən Babildə vəfat etdi.

Mövzumuzla əlaqədar qeyd edək ki, “Böyük Maday”ın – Selevk-yunan imperiyasının Şərq əraziləri Orta Asiyanın cənubunda Kırkan (indiki Xəzər) dənizinin sahillərində yerləşmiş Part  ölkəsindən başlayaraq, əhalisi türklər olan qonşu Ariaini (“Arilərin ölkəsi”), Soqdia, Baktiriya ölkələrini əhatə edirdi. Yunan hersoqu Andraqorasın iqamətgahı Part ölkəsində yerləşirdi. Hersoqluğun şimal qonşuluğunda Kırkan dənizinin ləpədöyənindən Oksa (Ceyhun, indiki Amu-Dərya) çayının sahillərində hüdudlanan geniş Turan çöllərində ayrı-ayrı adlarda (Strabon) saysız türk tayfaları yaşayırdılar. Bu tayfalardan biri də Maday imperiyasının banisi Dayekun mənsub olduğu hərbiləşmiş Day tayfaları idi. Daylar tarixin bir çağında yaxın qohumları olan Barani eli ilə birlikdə Böyük Köçlə Ön Asiyadan gəlib, Orta Asiyada qohum tayfaların arasında məskunlaşmışlar. Haqqında söhbət gedəcək Başbuğ Arsak da Dayların nəsil budağı olan Parn tayfaları arasından çıxmışdı. Siyasi məqsədlə nəsillərimizə unutdurulmuş təkzibedilməz bu tarixi həqiqət bir daha sübut edir ki, ümumtürk epoxasının ayrı-ayrı yüzilliklərində Maday və Part imperiyasının əsasını qoymuş Başbuğlar vahid qüdrətli hərbçi türk tayfa ittifaqının ən yaxın qohum qollarına mənsub görkəmli sərkərdələr olmuşdular.

Babalarının hərbi döyüş ənənələri üzərində öz həyat tərzini yaşayan Parn tayfa ittifaqının yeni nəsil Başbuğu Arsakın komandanlığı altında m.ö. 250-ci ildə Oksa çayının sahillərindən, başqa sözlə, azad Turan çöllərindən qarşısıalınmaz güclü axınla qədim türk torpağı olan Part ölkəsində yerləşən Selevk-yunan satraplığına hücum etdi.

Arsak ağır döyüşdə yunan hersoqu Andraqorası öldürdü və onun ordusunu qılıncdan keçirdi, ata-baba ölkəsinə sahib oldu. Bundan sonra Arsak Part hersoqluğuna tabe olan Selevki satraplıqlarını – Ariaini, Soqdia, Baktiriya, habelə Hırkan (Alban, Kaspi, Xəzər) dənizinin cənub-şərq sahillərində yerləşən Hırkan ölkəsini işğaldan azad etdi. Bununla da ümumtürk tarixinin 475 illik (m.ö.250, m.s.225-ci illər) qədim Parn Türk tayfa ittifaqının səltənət tarixinin əsası qoyuldu. Ümumtürk tarixinin bu dövrü onun banisi Başbuğ Arsakın şərəfinə dünya tarixində “Arsaklılar”, yaxud qədim yunanların “Parfiya” adlandırdıqları “Part” ölkə adı ilə qeydə alındı.

Alman tarixçisi Ö.Mommsen öz üçcildlik monumental əsərində Arsaklı çar sülaləsi haqqında danışarkən onların mənsub olduqları Parn tayfalarının indiki Xəzər dənizinin cənub-şərq sahillərində yaşadıqlarından və onların Turan soyundan olduqlarından bəhs edərkən yazır: “Onlar Turan Arsaklılar hakimiyyəti yaratdılar, lakin yüz ildən sonra tanındılar.”

M.ö.160-139-cu illərdə Arsaklı çarı olmuş I Mitradat (“Avesta”da şimşək-ildırım tanrısı Mitranın şərəfinə. Başqa xalqların ədəbiyyatında “Mitridat”) Baktiriya və Sind (Hind) boylarından başlayaraq, qarşısıalınmaz sürətlə Bağdad torpaqları istiqamətində irəliləyir, saysız mahal, şəhər və ölkələri işğal edir. O, m.ö.140-cı ildə Selevki çarı II Demetri Nikatoru açıq döyüşdə məğlubiyyətə uğradır və onun Dəclə çayı sahilində yerləşən mərkəzi şəhəri Selevkiyanı, bununla da bütün Mesopotamiyanı Part imperiyasının siyasi-inzibati ərazisinə daxil edir. I Mitradat Kiçik Asiyada Kapadokiya və Frat (Fərat) çayınadək olan əraziləri də yunan-Selevki işğalından azad edir. Yunan işğalçılarının əlində şimali Suriya və Kilikiya qalır. I Mitradat bununla da Part imperiyasının hüdudlarını Orta Şərqə və Anadolu torpaqlarına doğru genişləndirmiş olur.

Qədim türk tarixinin görkəmli mütəxəssis alimi Zvelin Klenqel – Brandt da m.ö.140-cı illərdə baş vermiş tarixi hadisələr barədə yazır: “Bizim eranın 140-cı ilində parfiyalılar (partlılar. – Ə.T.) indiki İrandan Mesopotamiyaya hücum edib, Babili işğal etdilər. Onlar dağıdılmış nəhəng binaların yerində Ktezifont mərkəzi şəhərini saldılar, Babil çarlarının saraylarını yerlə-yeksan etdilər.”

Görkəmli alim X.Treydler yazır ki, bundan sonra Mesopotamiya 300 ildən artıq Arsaklı çarlarının hökmranlığı altında qaldı. Onların mərkəzi iqamətgahı indiki Bağdadın yaxınlığında Ktesifon (ərəblər bu şəhərə “Mədain” dedilər. Mədain sasanilərin dövründə perslərin mərkəzi şəhəri olmuşdur) şəhərində yerləşirdi.

Qədim Şərq tarixinin araşdırıcısı Filip Qyuiz Arsaklıların Ön Asiya tarixini araşdırarkən yazır: “Parfiyalılar (partlılar. – Ə.T.) II Mitradatın (m.ö.123-88) dövründə birinci dəfə Armeniyaya (Arme-Mtsibin) hücum etdi və öz hakimiyyətini Fratın (Fəratın) yuxarı hissəsinədək genişləndirdi.”

Mövzumuza aydınlıq gətirmək üçün Filip Qyuizin fikrinə tarixi kontekstdən yanaşaq.

Mötəbər mənbələrdən məlumdur ki, Krım yarımadasından dəniz yolu ilə Anadolu torpaqlarına gəlmiş Tavr türk tayfalarının adını yaşadan Tavr dağ silsiləsinin (erməni tarixçiləri bura süni olaraq, “Armeniya” dağ silsiləsi deyirlər) hündür zirvəsində yerləşən assuriya yazılarında “Şupria” adı ilə qeydə alınmış kiçik bir ölkə Biaini çarı Ursun (m.ö.605-585) tərəfindən işğal edildi. Şuprianın yerləşdiyi coğrafiyaya işarə olaraq, biainilər onu öz dillərinə uyğun olan “Arme”, yəni “Hündür ölkə” adı ilə tarixə nişan verdilər. Ölkənin Azərbaycan türklərinin Anamayasında iştirak etmiş qədim yerli əhalisi olan Mar tayfaları tarixin bir çağında Urmiya gölü ətrafından gəlib, bu dağın əlçatmaz zirvəsində məskunlaşmışdılar. Bu ölkəni “Armeniya” adlandıran Filip Qyuiz heç də təsadüfi deyildir ki, “Armeniya” sözünün qarşısında “Arme-Mtsibin” toponimlərini qeyd edir. Müəllif  bununla da rusdilli ədəbiyyatda işlədilən “Armeniya” anlamının erməni tarixçilərinin saxta iddiaları ilə heç bir əlaqəsi olmadığını, onun mənşəyinin Mar əhalisinin “Arme” ölkə adı ilə əlaqəli olduğunu tarixi aydınlıqla aşkara qoymuş olur. Qeyd edək ki, “Arme” toponimi ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkillərdə, formalarda işlədilmişdir. Bu barədə ayrı-ayrı kitablarımda geniş araşdırmalar aparılmışdı.

Mötəbər mənbələrdən məlumdur ki, Selevk-yunan çarı III Antioxun (m.ö.223-187) dövründə “Suriya çarlığı”nın tərkibində canişinlik olmuş Arme yunan “strateqi” (“komandanı”) Artaksi (Strabon) tərəfindən idarə edilirdi. M.ö.190-cı ildə III Antiox romalılar tərəfindən məğlub edildikdən sonra tarixi şəraitdən müdrikcəsinə istifadə edən Artaksi (m.ö.188-145) Arme canişinliyini m.ö.188-ci ildə müstəqil çarlıq elan etdi. O, iqamətgahını Filip Qyuizin işarə etdiyi Mtsibin şəhərində yerləşdirdi. Kilsə anonim keşiş M.Xorenatsi də “Arme çarlığı”nın banisi Artaksiyə (Strabon) “Atarpaten əsilzadəsi Mar Artaşes”, – deyəndə, Artaksinin haylarla (ermənilərlə) heç bir əlaqəsi olmadığını, onun Atarpaten hökmdarı Atarpatın çar sülaləsi ilə ilişkili Mar tayfa əhalisinə mənsubiyyətini etiraf edir. Strabon yazır ki, Artaksi “kiçik Arme ölkəsini qonşu torpaqları hesabına genişləndirmişdi.”

Mötəbər mənbələrdən məlumdur ki, Artaksi Anadolu torpaqlarından başlayaraq, Ön Qafqaz Oğuz Albaniyasının torpaqlarını işğal etmiş, “kiçik çarlığın” hüdudlarını Alban dənizinədək genişləndirmişdi. Bu hadisədən sonra Mar sərkərdəsi Artaksi Oğuz Albaniyasının cənubdan Dərəşamdan Alban dənizinə, şimaldan Pont dənizindən (Qara dəniz) Dərbənd torpaqlarını əhatə edən geniş coğrafiyanı altı inzibati əraziyə (Strabon) bölmüşdür. O, bununla ümumtürk tarixinin 200 (m.ö.188-m.s.10-Fəxrəddin Kırzıoğlu) illik Artaksilər (bəzi erməni tarixçilərində “Artaşesidlər”) epoxasının əsasını qoymuşdur. Bu tarixi həqiqət sübut edir ki, “Arme çarlığı”nın banisi Artaksi də, onun varisi Artavast və nəvəsi Tiqran da erməni kilsəsində anonim keşiş M.Xorenatsinin adına üç türk dövlətinin (Biaini, Arme, Part) mifoloji və filoloji ədəbiyyatı əsasında tərtib edlmiş “Armeniya tarixi”ndə “erməniləşdirilmişdir”. Bu tarixi fakt bir daha sübut edir ki, erməni tarixçilərinin əsrlərdən bəri siyasi məqsədlə uydurduqları, lakin bəşər tarixinin tanımadığı nə “Armeniya”, nə “Kiçik Armeniya”, nə də “Böyük Armeniya” adında mifik “armyan” “dövlətləri” olmuşdur. Ermənilərin də  Azərbaycan türklərinin Anamayasında iştirak etmiş nə Mar tayfaları ilə, nə də Başbuğ Artaksi (M.Xorenatsidə “Mar Artaşes”) ilə heç bir soy-kök əlaqələri yoxdur. Araşdırmamızın mahiyyəti ilə bağlı onu da xatırladaq ki, Arsaklıların yürüşünədək tarixin bu çağında hər hansı mənbədə Oğuz Albaniyasının ərazisində nə “Qarabağ”, nə də “Arsak” adında toponimlər qeydə alınmışdır.

Arsaklıların Ön Asiyaya və Ön Qafqaza ikinci böyük yürüşləri II Mitradatın (m.ö.123-88) dövründə başlayır.

Tarix xəbər verir ki, II Mitradat  Əfqanıstanın və Sindin (indiki Hindistanın) bir hissəsini ələ keçirdikdən sonra böyük yürüşlə Yaxın Şərqə gəlir. O, Arme çarı Artavastın üstünə güclü ordu hissəsi göndərir. Artavast qeyri-bərabər qüvvə ilə üz-üzə döyüşə girir, ancaq məğlub olur. Bundan sonra Artaksinin dövründə Arme çarlığının hərbi-inzibati ərazisinə daxil edilmiş Frat (Fərat) çayının yuxarı axarından başlayaraq, Anadolu torpaqları və Alban dənizinədək olan Ön Qafqaz torpaqları II Mitradatın işğal ərazisinə çevrilir. Bununla da Part imperiyasının hərbi-inzibati coğrafiyası Ön Asiyanın və Ön Qafqazın torpaqları hesabına genişləndirildi. Beləliklə, Başbuğ Arsakın banisi olduğu Arsaklı sülaləsinin 475 illik Part-türk imperiyasının tarixi hüdudları yaranmış oldu.

Arsaklı çarları tarixin ayrı-ayrı çağlarında Part imperiyasının mü­vəq­qə­ti hərbi-inzibati ərazisinə daxil edilmiş Ön Asiyanın qərb əyalətlərində və Ön Qafqazda ayrı-ayrı valilik bölgələri yaratdılar. Onlar Kiçik Asiyada Qalis (Qızıl İrmak) çayınadək olan vilayətləri əhatə edən birinci va­li­li­yin mərkəzini İraqın şimalında yerləşən Ktezifonda, Ön Qafqaz Oğuz Al­baniyasının qərb ərazilərinin bir hissəsindən (Ağrı dağı vadisindən) axıb keçən Araz çayının sol sahilindən Göyçə gölünün Qərb sa­hi­li­nə, öl­kə­nin cənubundan qədim Nəxçu elində Dərəşam qala şəhərindən Şi­ma­la Fasis (indiki Rion) çayının cənub sahillərində hüdudlanan geniş ər­a­zi­lə­ri əhatə edən ikinci valiliyin mərkəzini Valarşapatda (bu şəhəri çar Vologez /Valarşa (m.s.117-140) öz şərəfinə saldırmışdı), Göyçə gölünün Şərqindən Alban də­nizinin ləpədöyəni arasında yerləşmiş vilayətləri – Cənubdan qədim Kas­piana (“kaspilər” oğuzların nəsil qollarından biridir) ölkəsindən Dərbənd daxil olmaqla, qədim Azərbaycan torpaqlarının şimal sər­hədlərini əhatə edən üçüncü valiliyin mərkəzini Part şəhərində (M.Xorenatsidə “Partav”, ərəb mənbələrində “Bər­də”) yerləşdirmişlər.

Qeyd edək ki, II Mitradat (m.ö.123-88) imperiyanın adını Ön Qafqazda tarixə çevirmək üçün “Part” namında böyük vilayət şəhərini saldırmış, onun tərkibində indiki Qarabağ torpaqlarını əhatə edən coğrafiyada imperiyanın banisi Başbuğ Arsakın şərəfinə “Arsak” adında ərazi bölgəsini yaratmışdır. Bu tarixi hadisə bu gün ermənilərin Kremlin təhriki ilə qaldırdıqları saxta “erməni Artsax”ı hay-küyündən təxminən iki min 150 il əvvəl baş vermişdir. Tarix bu dövrdə nə “hay”, nə də “armyan” adında əhali tanıyırdı. Bu gerçək həqiqətə baxmayaraq, başqa soydaşları kimi, N.Adons da tarixən yarıdilənçi vəziyyətində yaşamış babalarını uydurma “armyan arsaklıları” adı ilə süni şəkildə ümumtürk tarixini 475 illik Part imperiya epoxasına şərik etməyə çalışır. O, yazır: “Fərada qədər (Part çarlığına işarə edir. – Ə.T.) Böyük Armeniyanı təşkil edən torpaqların sahibi armyan arsaklıları idi. Roma və  Persiya arasında mübarizə də ancaq Böyük Armeniya uğrunda gedirdi.”

Erməni tarixçilərinin iddia etdikləri “Böyük Armeniya” anlamının real tarixi əsası yoxdur. Bu mifik uydurmanı kilsə üç türk dövlətinin (Biaini, Arme, Part) gerçək tarixindən bəhs edən mifloji və filoloji materiallar əsasında  anonim keşiş Moisey Xorenatsinin adına  tərtib etdiyi “tarix” kitabında  səsləndirmişdir. Bu barədə bir qədər əvvəldə danışdıq.

N.Adons aşağıdakı cümlədə fikrini bir qədər də dəqiq ifadə etməyə çalışır. O,yazır: “387-ci ildə baş verən mübahisənin və bölüşdürmənin predmeti məhz Arsaklıların torpaqları idi.”

Mötəbər mənbələrdən məlumdur ki, N.Adonsun nişan verdiyi tarixin “387-ci ilindən” 163 il əvvəl (Ərdəşir Papakan 225-ci ildə Part imperiyasının Yekbatanda (Həmədanda) yerləşən mərkəzini işğal etdi, Pers-Sasani sülaləsinin əsasını qoydu) Arsaklıların Ön Asiyada olan hakimiyyətlərinə son qoyulmuşdur. Bununla da Part imperiyasının 300 ildən artıq bir dövrdə hərbi-inzibati ərazisinə müvəqqəti daxil edilmiş Ön Asiyanın qərb torpaqları Pers-Sasani sülaləsinin işğal dairəsinə daxil edilmişdir. Bu torpaqların qədim sahibləri nə Arsaklı-türk sülaləsi, nə də Sasani-Pers sülaləsi idi. N.Adonsun qeyd etdiyi tarixin 387-ci ilində Roma və Persiya arasında gedən qanlı döyüşlər Fəratın (Fratın) yuxarı axarında yerləşən Artaksinin banisi olduğu 200 illik “Arme çarlığı”na aid torpaqlar uğrunda gedirdi. Ölkənin qədim yerli əhalisi Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfaları idilər.

Deyilənlərdən aydın olur ki, erməni kilsəsinin və onun tarixçi varislərinin tarixin tanımadığı hay (armyan) babalarını uydurma “armyan arsaklıları” (“erməni arşakuniləri”) adı ilə Part imperiyasının banisi Başbuğ Arsakın çar sülaləsinə bağlamaları erməni xalqının özü qədər saxtadır! Bu baxımdan Manuk Abeqyanın adını çəkdiyi “Arsak vadisi” iddiası ilə 1828-ci ildə rusların gətirib Azərbaycan türklərinin torpaqlarına yerləşdirdikləri yarıdilənçi babalarının Ön Qafqaz tarixini süni şəkildə qədimlərə atır. O, yazır: “Güman ki, ermənilər m.ö.V əsrdə Taron istiqamətində Şimala hərəkət etmiş və Arsak vadisinə gəlmişlər.”

Etnokökü bu günə kimi elmə məlum olmayan babalarının guya Anadolu torpaqlarından m.ö.V əsrdə Ön Qafqazda “Arsak vadisi”nə “gəlmələri”ni iddia edərkən “güman”dan başqa Manuk Abeqyanın əlində hər hansı yazılı mötəbər mənbə, yaxud arxeoloji, antropoloji və linqvistik  maddi-mədəniyyət nümunələri yoxdur, ola da bilməz. Ancaq erməni alimi gözəl bilirdi ki, rusların 1828-ci ildə beş ölkədən toplayıb gətirdikləri yarıdilənçi babalarının tarixini, əsassız torpaq iddiası ilə əlaqədar, Azərbaycan türklərinin qədim Ön Qafqaz torpaqlarına m.ö. V əsrdən bağlamağa çalışır. Bu, erməni şizofreniyasıdır, erməni alimlərinə kilsədən gələn əcdad xəstəliyidir! Əgər bu iddia şizofreniya xəstəliyinin nəticəsi olmasaydı, şübhəsiz, Manuk Abeqyan xalqların tarixinə ayıq və sağlam ağılla yanaşardı və o zaman başa düşərdi ki, m.ö.V əsrdə tarix səhnəsində nə Part imperiyasının banisi Başbuğ Arsak, nə də onun Arsaklı çar sülaləsi var idi, nə də ki, Azərbaycan türklərinin qədim coğrafi ərazisində “Arsaklı vadisi” anlayışı.

Bütün bu tarixi həqiqətlərə baxmayaraq, işğalçı rus imperiyası XIX əsrin əvvəllərindən başlayaraq, köçkün erməniləri “qədim yerli əhali” etmək məqsədilə “Türksüz Ön Qafqaz” ideoloji ölüm konveyeri yaratdı. İmperiya Azərbaycan türklərinin Ata tarixini zaman-zaman günahsız, havadarsız insanların qanı ilə örtməyə, görünməz etməyə çalışdı. Ancaq tarix tarixiliyində qaldı!

Bu baxımdan Kremlin daşnak-bolşevik ünsürlərinin xüsusi göstərişi ilə “erməni Dağlıq Qarabağı” tarixi yazmaq üçün Qarabağa gəlmiş görkəmli alim İ.Petruşevskinin rəhbərliyi altında geniş iş aparan ekspedisiyanın rəyi maraqlıdır.

İ.Petruşevski 1930-cu ildə yazırdı ki, Dağlıq Qarabağın ayrı-ayrı kəndlərində yaşayan erməni ailələrinin babalarının bir qismi XVII əsrin II yarısından başlayaraq, Cənubi Azərbaycanın Qaradağ mahalından günəmuzd iş üçün zaman-zaman gəlib yerləşmiş rəncbərlərdir. Onların ikinci qismi 1860-cı ildə rus imperatorluğu tərəfindən yenə də Qaradağ mahalından kütləvi köçürülüb gətirilmiş və Qarabağda məskunlaşdırılmışdı.

N.Emin də hadisə ilə bağlı eyni fikirdədir. O, yazırdı: “Qarabağ kəndlərinin xeyli hissəsi Persid Qaradağından, Türkiyədən və başqa yerlərdən gətirilib yerləşdirilmiş köçkün ermənilər idi.” Bu da “ermənilərin Qarabağ kəndlərində “nəslən sosial paleontologiyasının olmaması”na gətirib çıxarmışdı.” N.Emin “Qarabağın heç zaman erməni mədəniyyətinin mərkəzinə “çevrilməməsi”nin səbəbini də bu tarixi amildə görürdü.

Təsadüfi deyildir ki, erməni arxeoloqu S.Ter-Avetisyan da Qarabağın qədim Albaniyanın bir hissəsi olduğunu yazırdı. Maraqlıdır ki, o, eyni zamanda, II Mitradatın inşa etdirdiyi Part (Partav/Bərdə) şəhərini Albaniyanın mərkəzi olduğunu da qeyd edirdi.

Erməni tarixçisi N.Adons da qarşısında dayanan təkzibedilməz maddi sübutlardan yan keçə bilmir, Dağlıq Qarabağ tarixi ilə bağlı həqiqəti etiraf etməyə məcbur olur: “Artsax həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur.”

Tarix bu qədər aydın olduğu halda, etnokökü bu günə kimi elmə məlum olmayan, ümumtürk tarixinin 475 illik Part epoxasının imperiya banisi şanlı babamız Başbuğ Arsakın adını yaşadan  “Arsak” toponiminin mənasını, tarixi kökünü bilməyə-bilməyə cəfəng, savadsız bəyanatlarla haray-həşir salan, “klassik həyasızlar”a – erməni başçılarına beynəlxalq ictimaiyyət demir ki, Qarabağı qan çanağına çevirən rusların işğal etdikləri qədim Oğuz türklərinin torpaqlarına siz hansı haqla sahib çıxırsınız? Demirlər və deməyəcəklər də! Çünki güc xristiandadır, torpağı yağmalanan, qanı axıdılan türkdür, müsəlmandır. Ancaq unudurlar ki, qoca dünya çox imperiyalar yola salmışdır. Buynuzsuz qoçun buynuzlu qoçdan alacağı divanı unudanlar cahildirlər, nadandırlar! Son nümunə  – Hitler faşist almaniyasının faciəli taleyi hər kəsə tarixi nümunə olmalıdır!!!

“Arsak” toponimi ilə əlaqədar qısaca dediklərimizə nəticə olaraq söyləyək ki, rusların himayəsi altında babalarını Ön Qafqazda “qədim yerli əhali” kimi qələmə verməyə çalışan cahil və nadan erməni tarixçilərinin əsassız iddialarını təkzib edən tarixi dəlillər kifayət qədərdir.

                   Professor Əjdər Tağıoğlu

     Turan Araşdırma Mərkəzi İB-nin sədri