ONN İnformasiya Agentliyi

Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib
29 Dekabr 2017 - 13:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev dekabrın 29-da Xızı şəhərində vətəndaşları qəbul edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Qəbulda bölgədə yerləşən – Xızı, Abşeron, Qobustan rayonları və Sumqayıt şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png