ONN İnformasiya Agentliyi

Ağalı kəndində son durum necədir?- Bayramov açıqladı

Ağalı kəndində son durum necədir?- Bayramov açıqladı
21 Noyabr 2022 - 20:42

Hazırda Ağalı kəndində 90-na yaxın ev təsərrüfatı yüksəksürətli internetdən istifadə edir. Bundan əlavə digər abunəçilərin də istifadə imkanları yaradılıb.

ONN media xəbər verir ki, bunu “ASAN Radio”nun canlı efirində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Nazir müşaviri əlavə edib ki, Ağalı kəndində yüksəksürətli internetə çıxış imkanı yaradılıb:

“Ağalıda 16 min metrlik abunəçi, 13 min metr isə magistral kabellər çəkilib. Gələcəkdə Ağdam və Füzulu rayonlarında şəhərdaxili kommunikasiya xətlərinin də bərpası üçün sxemlər, planlar hazırlanır”.

R.Bayramovun sözlərinə görə, Qarabağda 110 km-ə qədər fiber-optik kabellərin çəkilməsi planlaşdırılır ki, bu da bütövlükdə Qarabağı əhatə edəcək:

“Şuşada müasir elektron ATS quraşdırılıb. Artıq “Aztelekom” şirkəti tərəfindən Şuşada 1000 nömrə tutumlu müasir elektron ATS quraşdırılıb. Bu da o deməkdir ki, həm orada yaşayan, həm də gələcəkdə Şuşaya köçəcək vətəndaşlarımız müraciət etdikdə eyni anda həm telefon, həm internet, həm də IP televiziya xidmətini əldə edə biləcəklər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png