Ağalıya köçmək istəyənlərin NƏZƏRİNƏ

Zəngilan rayonunun Ağalı kəndində – “Ağıllı kənd”də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə istehsal sahəsi yaradılıb, işləmək qabiliyyəti olan əksər şəxslərin məşğulluğu təmin edilib.

ONN media xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, “Ağıllı kənd”də ümumilikdə 210 evin tikintisi nəzərdə tutulub:

“Artıq 87 evin tikintisi başa çatıb, 113 evin tikintisi isə davam etdirilir. Dekabrda növbəti qrup sakin kəndə köçəcək”.