ONN İnformasiya Agentliyi

Ağdərədə Azərbaycan maşını erməni taksisi ilə toqquşdu

Ağdərədə Azərbaycan maşını erməni taksisi ilə toqquşdu
06 May 2022 - 14:26

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Ağdərə rayonunda Azərbaycana aid yük maşını erməni taksisi ilə toqquşub.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qəza nəticəsində taksi dərəyə düşüb, “Tumo” mərkəzinin əməkdaşı olduğu bildirilən şəxs isə yaralanıb.

Qəza ilə bağlı araşdırmanı rus sülhməramlıları aparır. Qeyd olunub ki, Azərbaycan yük avtomobilini rus sülhməramlıları müşayiət edirmiş.

Qeyd edək ki, Qarabağ ərazisində rus sülhməramlılarının arxasında gizlənərək, separatizm fəaliyyətini davam etdirən Artak Beqleryan yol-nəqliyyat hadisəsini “Azərbaycan yük maşınının qarabağlı erməni taksiyə qarşı cinayəti” adlandırmaqla həyasızlığını bir daha nümayiş etdirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png