ONN İnformasiya Agentliyi

Ağdaşda AĞIR QƏZA: 4 nəfər…

Ağdaşda AĞIR QƏZA: 4 nəfər…
29 Oktyabr 2019 - 21:47

Ağdaş rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 1968-ci il təvəllüdlü Etibar Yusibov, 1972-ci il təvəllüdlü Muradxan Hüseynov, 1967-ci il təvəllüdlü Muxtar Abışov və 1971-ci il təvəllüdlü Şəmsəddin Şahbazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb və vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (Report).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png