ONN İnformasiya Agentliyi

Ağstafada kritik iclas

Ağstafada kritik iclas
20 Dekabr 2019 - 12:42

Dünən başçısı həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətində məlum səbəblərdən hazırda ümumi iclas keçirilir. İclasda icra başçısı və birinci müavinlə birgə həbs edildiyi deyilən başçının digər müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova da iştirak edir.

ONN media xəbər verir ki, bu barədə Ağstafa Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hələlik rayon icra başçısı vəzifəsini icra edən təyin edilməyib.

L.Eyyubovanın köməkçisinin sözlərinə görə, L.Hüseynovanın həbsi ilə bağlı yayılan məlumatlar yalandır:

“Lalə xanım iş başındadır. Hazırda İcra Hakimiyyətində iclas keçirilir. Lalə xanım da iclasda iştirak edənlərdən biridir”.

İcra hakimiyyətində təşkil olunan iclası isə kimin keçirdiyi məlum deyil.

Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün N.Quliyev vəzifəsindən azad edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png