Azərbaycanda doğuş zamanı uşaq xəsarət aldı – HƏKİM SƏHLƏNKARLIĞI

Mingəçevirdə yeni dünyaya gələn uşaq doğuş zamanı xəsarət alıb.

ONN media xəbər verir ki, Mingəçevir xəstəxanasında yeni doğulan qız uşağı doğuş zamanı səhlənkarlıq səbəbindən ağır xəsarətlər alıb. Belə ki, uşağa körpüçük sümüyünün sınığı, üz sinirinin parezi diaqnozu qoyulub.

Xəstənin yaxınları bildirib ki, uşağın anası 9 ay həkim nəzarəti altında normal hamiləlik keçirib. 20 yaşlı Əfsanə İbrahimova 3 gün bundan öncə qız uşağı dünyaya gətirib. Nənə Çiçək İbrahimova bildirib ki, uşaq doğuş həkimi Gülnarə Quliyevanın səhlənkarlığı səbəbindən qüsurlu keçib.