“Azərişığ”ın yarımstansiyasında yanğın olub

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​