ONN İnformasiya Agentliyi

Azərbaycan 2 erməni hərbçinin cəsədini qarşı tərəfə verdi

Azərbaycan 2 erməni hərbçinin cəsədini qarşı tərəfə verdi
16 Yanvar 2021 - 15:23

Azərbaycan iki erməni hərbi qulluqçusunun cəsədini qarşı tərəfə verib.

ONN media xəbər verir ki, bu barədə erməni mediasına Xankəndidəki qondarma qurumun nümayəndəsi Hunan Tadevosyan bildirib.

O, əlavə edib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinə səfəri ilə əlaqədar olaraq erməni tərəfi axtarış-xilasetmə işləri aparmayıb:

“Azərbaycan tərəfi bizə Xocavənd və Talışda ölən iki erməni əsgərin cəsədini verib. Buna bənzər digər hallar da olur. Bizə erməni hərbçilərinin cəsədləri olan yerləri göstərdikləri hallar da olub. Biz də eyni şeyi edirik”.

Tadevosyan əlavə edib ki, bu gün Şuşa, Hadrut, Cəbrayıl və Füzuli istiqamətində ölən erməni hərbçilərin cəsədlərinin axtarışı aparılır: “İndiyə qədər 1 232 hərbçinin cəsədi tapılıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png