Azərbaycanda bu kəndlə əlaqə kəsildi

Qubanın mərkəzindən 35 km məsafədə yerləşən Buduq kəndinə gedən yol bağlanıb.

Buna ötən gündən bəri yağan güclü qar səbəb olub.

Kənd sakinləri yolu açmaq üçün qarı təmizləməyə çalışıblar. Lakin Quba-Buduq yolu sərt dağlıq olduğundan, külək qarı yola töküb. Hazırda kənd yolu bağlı olaraq qalır.(Qafqazinfo)