ONN media

Balakəndə bədbəxt hadisə- Şagird komaya düşüb öldü

Balakəndə bədbəxt hadisə- Şagird komaya düşüb öldü
14 Yanvar 2020 - 16:07
Balakəndə məktəbli ölüb.
Hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb.
Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png